Əsas Səhifə > Şou-biznes > "HƏTTA AÇIQ-SAÇIQ OLSA BELƏ"...

"HƏTTA AÇIQ-SAÇIQ OLSA BELƏ"...


3-10-2013, 09:01
"HƏTTA AÇIQ-SAÇIQ OLSA BELƏ"...
DİA.AZ Akademik Milli Dram Teatrının aktrisası Fəridə Əliyevanın Milli.Az-a müsahibəsini təqdim edir.

- Aktrisa olmaq həvəsini sizdə kim yaratdı?

- Bu istək məndə birdən-birə, öz-özlüyündən yaranmağa başladı. İçimdəki həvəsin artdığını görüb aktrisa olmaq qərarımı qətiləşdirdim. Bu yolda çox əziyyətlər çəksəm də, nəhayət, öz arzuma çatdım.

- Çox gənc yaşda Akademik Milli Dram Teatrının aktyor heyətinə cəlb edilmisiniz. Bu teatrın səhnəsində indiyə qədər hansı tamaşalarda rol almısınız?

- “Boy çiçəyi”, “Şah Qacar”, “12-ci gecə” və s. kimi tamaşalarda iştirak etmişəm. Hətta “12-ci gecə” tamaşası ilə qastrol səfərinə də getmişik.

- Bəs bu gənc yaşınızda hansı rolu canlandırmaq arzusundasınız?

- İnanın, elə bir iddiam yoxdur ki, hansısa rolu oynayım. Sadəcə olaraq, hansı rol həvalə olunursa, onun öhdəsindən gəlməyə çalışıram.

- Hansı aktyorla tərəf müqabili olmaq istərdiniz?

- Azad Şükürovla eyni səhnəni bölüşüb onunla tərəf müqabili olmaq ürəyimcə olar.

- Sizə verilən hər rolu asanlıqla qəbul edib oynayarsınız?

- Bəli, oynayaram. Hətta açıq-saçıqlıq olsa belə. Çünki bu sənət bunu tələb edir. Aktrisalığı seçən hər bir kəs əvvəlcədən sənətin bu tərəfini mütləq fikirləşməlidir.

- Yerli seriallardan təkliflər alırsınızmı?

- Bəli, “Son hədd” serialında çəkilmişəm. Bir neçə müddətdir ki, yeni serialdan dəvət almışam. Artıq çəkilişlərə start verilib.

- Nədən gileylənirsiniz?

- Tənbəlliyimdən (gülür). Həqiqətən, çox tənbələm.

- Səhnəyə çıxanda nə fikirləşirsiniz?

- Yaddaşım zəif olduğuna görə çox narahat oluram. Qorxuram ki, hansısa söz, hansısa hərəkət yadımdan çıxar.

- Ən çox istədiyiniz insan kimdir?
"HƏTTA AÇIQ-SAÇIQ OLSA BELƏ"...

- Mən özüm qədər heç kimi istəmirəm...

- Bu eqoistlikdir?

- Xeyr, sadəcə olaraq, ola bilsin ki, tənha böyüdüyümə görə heç kimi özüm qədər istəmirəm,əzizləmirəm.

- Xatirələr sizi hara aparır?

- Rəhmətlik nənəmlə keçirtdiyim xoş anlara, xoş günlərə...

- Ayağınızın altını “qazmaq” istəyənlər çoxdur?

- Saysız-hesabsızdır (gülür).

- Qazılan bu “quyu”lardan hansınasa düşmüsünüzmü?

- Xeyr, həmişə ehtiyatımı yaxşı saxlamışam. Ona görə də, belə hallarla rastlaşmamışam.

- Bəs sizi nə sarsıda bilər?

- Düşünürəm ki, heç nə. Çünki həyatın çox sınağından çıxmağı bacarmışam. Buna görə də özümü çox güclü insan hesab edirəm.

- Bəziləri həyatın teatr, bəziləri isə kino olduğunu deyir. Bəs sizcə?

- Məncə, həyatın bunların heç biri ilə əlaqəsi yoxdur. Səhnədə, yaxud kinoda oynayırsan. Həyatda isə yaşayırsan. Yəni ki, insan həyatda heç bir rola girmədən öz həyatını yaşamağı bacarmalıdır, hətta yaşamağa borcludur.

- Bir aktrisa kimi gələcəkdə hansı uğurlara imza atmağı planlaşdırmısınız?

- Hələ ki, heç bir planım yoxdur. Əslində, mən hər şeyi zamanın öhdəsinə buraxmışam. Yəni ki, konkret hansısa bir məqsədimə çatmaq üçün yaşamıram.

Geri qayıt