Əsas Səhifə > Dünya > İRAN-ABŞ YAXINLAŞMASINA ƏRƏB ƏNDİŞƏSİ

İRAN-ABŞ YAXINLAŞMASINA ƏRƏB ƏNDİŞƏSİ


3-10-2013, 10:19
İRAN-ABŞ YAXINLAŞMASINA ƏRƏB ƏNDİŞƏSİ
"Son dövrlərdə İran və ABŞ arasında həyata keçən yaxınlıqdan təkcə İsrail deyil, Səudiyyə Ərəbistanı da narahatdır.”

SalamNews-un “FarsNews” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İraq parlamentinin tanınmış nümayəndəsi Məhəmməd əs-Səhyud bildirib.

O, ABŞ-İran və İraq üçlüyünün birgə siyasətinin baş tutacağı təqdirdə Səudiyyə Ərəbistanının daha çox narahatlığa qərq olacağını deyib: "Səudiyyə Ərəbistanı bölgədəki proseslərlə bağlı atdığı addımlarda isbat etdi ki, sionizmin planlarını həyata keçirir."

Xatırladaq ki, İran və Səudiyyə Ərəbistanı əlaqələri Suriya münaqişəsi başlayandan sonra daha da gərginləşib. Hazırda iki ölkənin Bəhreyn, Livan və Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı siyasətləri və maraqları toqquşmaqdadır. Müşahidələr göstərir ki, Həsən Ruhani prezidentliyə seçildikdən sonra Səudiyyə Ərəbistanı ilə əlaqələrin normal vəziyyətə gətirilməsi ilə bağlı bildirdiyi fikirlər və eləcədə prezidentin kral Abdullah tərəfindən həcc mərasiminə dəvət edilməsi iki ölkə əlaqələrinin gərginliyini azaldacaq.

Geri qayıt