Əsas Səhifə > Sosial, Manşet > İQTİDAR DAXİLİNDƏ «KƏLBƏCƏR» QRUPLAŞMASI OLUB

İQTİDAR DAXİLİNDƏ «KƏLBƏCƏR» QRUPLAŞMASI OLUB


3-10-2013, 11:21
İQTİDAR DAXİLİNDƏ «KƏLBƏCƏR» QRUPLAŞMASI OLUB
CAVİD QURBANOVUN ÖLKƏDƏN KÜLLİ MİQDARDA PUL ÇIXARDIĞI DEYİLİR

DİA.AZ: - Neçə müddətdir ki, «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun başının dərddə olması ilə bağlı məlumatları diqqətinizə çatdırmışdıq. Bildirək ki, Cavid Qurbanovun son günlər kifayət qədər tədirgin olması ilə bağlı məlumatlar da yayılıb. Digər tərəfdən də ASC prezidentinin mətbuatdan qaçması, hətta zamanında dostluq və himayə etdiyi, hazırda MTN-də saxlanılan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli ilə bağlı suallardan xüsusi olaraq yayınması barədə də xəbərlər çoxluq təşkil etməkdədir.

DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, mövqeləri olduqca oynaq olan Cavid Qurbanovun həbsi an məsələsidir. Məlumatı verən mənbə iddia edir ki, hətta bunu görə ASC prezidenti bu günlərdə Azərbaycandan külli miqdarda - təxminən 300 milyon manat həcmində vəsaiti də çıxarıb.

Mənbənin söylədikləri: «Cavid Qurbanovun durumuna kimsə həsəd aparmaz. Ona qarşı çox ciddi ittihamlar var. Məlum olur ki, ASC prezidenti hətta «Kəlbəcər qruplaşması» da yaratmağa qalxıb. Bunun üçün o, zaman-zaman keçmiş baş prokuror Eldar Həsənovun dəstəyindən istifadə edib. Eldar Həsənovun qardaşının nəqliyyat sektorunda təmsil olunması da zamanında bu münasibətlərin təzahürü idi».

Mənbə iddia edir ki, bu gün aparılan araşdırmalar nəticəsində Cavid Qurbanovla bağlı çox dolaşıq faktlar da ortaya çıxıb: «Təbii ki, burada əsas diqqət ayrılmalı olan məqam ASC prezidentinin ölkədən pul çıxarmasıdır. Bu fakt da aşkarlanıb. İndi Cavid Qurbanovun hesabları ilə bağlı tədbirlər görülür. Bu barədə «yuxarılar» üçün məlumat hazırlanır. Konkret sübut və dəlillərin qarşılığında Cavid Qurbanovun bitirilməsi an məsələsi olacaq».

Xatırladaq ki, bu ilin aprel ayında DİA.AZ olaraq C.Qurbanovla bağlı ilginc faktı təqdim etmişdik. Məlumatda bildirilirdi ki, redaksiyamıza elektron məktub daxil olub və “Azəryolservis”in rəhbəri, millət vəkili Cavid Qurbanovla bağlı şok faktlar təqdim olunub. Elektron məktuba foto da əlavə olunub. Həmin fotoda C.Qurbanovun sifəti düşməsə də iddia edilir ki, o polkovnik rütbəli birisinə rüşvət verir. Fotonu yollayan qaynaq yazır: “Sizə bir şəkil göndərirəm. Xahiş edirəm, Cavid Qurbanovdan soruşun ki, polkovnik rütbəli bu zabitə nə verir və niyə verir? Sonra soruşun ki, yolların çəkilməsi üçün dövlət büdcəsindən ayrılan milyonları dəstələyib, paketləyib və çemodanlara yığaraq inkassator maşını ilə hansı ünvanlara və niyə göndərir?”.

Həmin fotonu təkrar olaraq diqqətinizə təqdim edirik:

İQTİDAR DAXİLİNDƏ «KƏLBƏCƏR» QRUPLAŞMASI OLUB
Geri qayıt