Əsas Səhifə > Sosial, Manşet > HƏDƏFDƏ MÜXALİF VƏ MÜSTƏQİL QƏZETLƏRDİR
HƏDƏFDƏ MÜXALİF VƏ MÜSTƏQİL QƏZETLƏRDİR19-01-2012, 14:27 |
HAKİMİYYƏTİN MƏTBUATA QARŞI ŞOK PLANININ DETALLARI DİA.AZ: - Bir neçə gün əvvəl qəzetlərin səyyar satışına Bakı şəhər icra hakimiyyətinin əməkdaşları tərəfindən müdaxilə edildi. Və bundan sonra Mətbuat Şurası tərəfindən ortaya belə bir ideya atıldı ki, səyyar qəzet yayımı ilə məşğulluq lisenziyalaşdırılmalıdır. Və haqlı olaraq bu ideya də əslində qəzet satışının 25 faizini təşkil edən səyyar yayımın inhisara alınma cəhdi kimi dəyərləndirildi. Bu istiqamətdən əldə etdiyimiz məlumatlardan aydın olur ki, birbaşa olaraq bu işlərin arxasında Prezident administrasiyası dayanır və burada başlıca məqsəd sıraları onsuz da seyrək olan müxalif və müstəqil yönümlü mətbuatın bazardan sıxışdırılıb çıxarılmasından və nəhayətdə onların fəaliyyətlərini dayandırmağa məcbur edilməsindən ibarətdir. Məlumatlı mənbələrin DİA.AZ redaksiyasına bildirdiyinə görə, PA-nın şöbə müdiri Əli Həsənovdan qaynaqlanan bu ideya konkret olaraq 3-4 qəzeti hədəfə alıb: «Həmin qəzetlər hər kəsə məlumdur. Hələ də bu qəzetlərdə Əli Həsənovun «ideyaları» hakim deyil. Amma bu kiçik media maqnatı üzərinə düşən missiyanı yerinə yetirə bilməsi üçün bütün imkanlardan istifadə edəcək». Mənbəmizin bildirdiyinə görə, bu günlərdə Bakıda səyyar qəzet yayım firmalarına hücum gözlənilir: «Artıq onların siyahısı və fəaliyyət göstərdikləri ünvanlarla bağlı bilgilər toplanılıb. Təxminən on günün içində həmin ünvanlara polis basqınları təşkil ediləcək və qoanunsuz ticarət fəaliyyəti adı altında əldə yayım firmalarına qarşı ittiham irəli sürüləcək». Bu planın müxalif və müstəqil mətbuata böyük zərbə olacağını vurğulayan mənbəmiz onu da bildirdi ki, hətta bu proses zamanı həbslər belə mümkündür. Geri qayıt |