Əsas Səhifə > Cəmiyyət, Manşet > ZAKİR FƏRƏCOVUN “KİTABI BAĞLANA BİLƏR”

ZAKİR FƏRƏCOVUN “KİTABI BAĞLANA BİLƏR”


3-10-2013, 15:36
ZAKİR FƏRƏCOVUN “KİTABI BAĞLANA BİLƏR”
İCRA BAŞÇISI PREZİDENTƏ QARŞI GEDİB?

DİA.AZ: - Abşeron rayonunun icra başçısı Zakir Fərəcov vəzifəsindən kənarlaşdırıla bilər. Buna səbəb icra başçısının Ilham Əliyevi qəzəbləndirən hərəkətə yol verməsidir. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, ölkə başçısının göstərişilə Abşeronda olimpiya kompleksi inşa edilməli imiş.

Gənclər və idman naziri Azad Rəhimov bununla bağlı Zakir Fərəcova məktub ünvanlayıb. O, Ilham Əliyevin göstərişini icra başçısının diqqətinə çatdıraraq ondan olimpiya kompleksi üçün yer ayrılmasını xahiş edib. Zakir Fərəcov da dərhal kompleks üçün yer ayırıb. Lakin bir müddət keçdikdən sonra bəlli olub ki, icra başçısının ayırdığı yer xüsusi mülkiyyətdir.

Torpağın sahibi əvvəlcə bununla bağlı icra başçısına, daha sonra gənclər və idman nazirinə müraciət edib. Lakin nəticəsi olmayıb. Bu halda mülkiyyətçi Abşeron Rayon Icra Hakimiyyətini məhkəməyə verib. Torpaq sahibinin əlində bütün sənədlər olmasına baxmayaraq məhkəmə Zakir Fərəcovun sifarişini yerinə yetirib. Işdən apelyasiya şikayəti verilib. Apelyasiya Məhkəməsi də birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb. Lakin bununla belə məhkəmələr Zakir Fərəcovun diqqətinə çatdırıblar ki, bu iş Avropa Məhkəməsinə gedərsə, dövlətə böyük zərbə olacaq. Icra başçısı isə deyilənlərə əhəmiyyət verməyib.

Məlumatlara görə, iş hazırda Ali Məhkəmə mərhələsindədir. Bildirilir ki, artıq məsələ barədə prezident Ilham Əliyevə də məlumat verilib. Ölkə başçısına bildirilib ki, Avropa Məhkəməsində torpağın sahibi qalib gələcək. Hətta həmin ərazidə inşa edilən kompleksin belə torpaq sahibinə verilməsi barədə qərar verilə bilər. Bütün bunlardan sonra prezidentin hiddətləndiyi və artıq Zakir Fərəcovla işləmək istəmədiyi bildirlir.

Geri qayıt