Əsas Səhifə > Dünya > ƏRDOĞAN İQTİDARI "ƏL QAİDƏ"YƏ DƏSTƏK VERİR?

ƏRDOĞAN İQTİDARI "ƏL QAİDƏ"YƏ DƏSTƏK VERİR?


4-10-2013, 10:34
ƏRDOĞAN İQTİDARI "ƏL QAİDƏ"YƏ DƏSTƏK VERİR?
Türkiyə "Əl-Qaidə" ilə mübarizə aparır. Trend-in cümə günü "Anadolu" agentliyinə istinadən verdiyi məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Müəmmər Gülər deyib.
Gülərin sözlərinə görə, 2012-13-cü illərdə Türkiyədə keçirilən 104 antiterror əməliyatın gedişində 345 nəfər saxlanılıb, onlardan 129-u həbs edilib.
Nazir bir müddət əvvəl bəzi kütləvi informasiya vasitələrinin ölkənin "Əl-Qaidə"nin Suriya qanadı olan "Ən-Nusra" terror təşkilatına yardım etməsinə dair yaydıqları ittihamları rədd edib.
Gülər qeyd edib ki, obyektivliyi şübhə doğuran internet saytlarının və portalların məlumatlarına etibar etməyə dəyməz.
"Ən-Nusra" terror təşkilatı 2012-ci ilin yanvarında Suriyadakı vətəndaş müharibəsinin gedişində yaradılıb və BMT, ABŞ, Böyük Britaniya və Avstraliya hökumətləri tərəfindən terror təşkilatı kimi tanınıb.

Geri qayıt