Əsas Səhifə > Güney Press, Araşdırma > OLİQARX-MƏMURLARIMIZ NECƏ ƏYLƏNİRLƏR?
OLİQARX-MƏMURLARIMIZ NECƏ ƏYLƏNİRLƏR?4-10-2013, 10:59 |
Qədim dövrlərdə, hətta orta əsrlərdə krallar, hökmdarlar öz saraylarında təlxək saxlayardılar. Görünür, var-dövlətin çoxluğundan həyata marağını itirmiş kralların əylənmək, gülmək, vaxt keçirmək üçün təlxəklərə-klounlara xüsusi ehtiyacı var imiş. Azərbaycanda çiçəklənməkdə olan bu təzə sənətin adına “Proqram”da deyirlər. Ancaq mahiyyət etibarı ilə bu elə təlxəklikdir. Deməli, kim oliqarxların məclisində yaxşı təlxəklik edə bilsə, onun adını “Proqram” qoyub, kruqa buraxırlar. Ancaq hər təlxək o adı qazana bilməz, ancaq hansısa oliqarx onu “raskrutka” eləsə, onda həə, həmin təlxək “Proqram “adını qazana bilər. Bəs “Proqram”ın işi nədən ibarətdir..? Proqram-təlxək, məsələn gedib Dubayda, Moskvada, Kiyevdə yaşayan həmyerlilərimizi güldürüb, Bakıdakı son xəbərləri onlara danışır…Və əvəzində Proqramın bilet, maşın, benzin, kostyum, digər xərclərinin pulunu həmyerlilərimiz artıqlaması ilə ödəyir. Hətta hərdən yaxşı “bonus” da olur. Hər təlxək “Proqram” adını qazana bilmir, əsas odur ki, ona hansısa oliqarx xeyir-dua versin. Bax ondan sonra, misal üçün, olur “Proqram” Elmas! Yəni, təlxək-kloun Elmas... Qeyd edək ki, bir müddət əvvəl biz, Azərbaycanda yeni ,təlxək-kloun peşəsinin peyda olunmasından yazı yazmışdıq. Sonradan bəzi şəxslərin məsələyə müdaxiləsindən bu yazının ardını yazmadıq. Ancaq bu gün Elmas adlı təlxək-kloundan bizə yeni məlumatlar daxil olduğuna görə, fikirləşdik ki, bunu oxucularmızla paylaşsaq heç də pis olmaz . Qeyd edək ki,bu şəxs uzun illərdi cibinə pul qoymayaraq demək olar ki, bütün dünyanı gəzir.Bu şəxsin oliqarx balalarının yanında yalnız bir təlxək-kloun kimi hörməti olsa da, cəmiyyət arasında o özü bunu başqa cür təqdim edir. Belə ki, cəmiyyət içində o hamıya bildirir ki, güya uzun illərdi onu, oliqarx balaları ilə qardaşlıq,dostluq telləri bağlayır. Etiraf etmək lazımdır ki, o bir çox insanlara bunun belə olmasını inandıra da bilib. Hətta bir vaxt bizim əməkdaşımızla söhbətdə Elmasın dediklərinə inanan bir şəxs,demək olar ki,bizimlə qızğın mübahisə edərək deyirdi ki,”siz öz yazılarnızda haqlı deyilsiniz, oliqarx balaları Elmas ilə həqiqətən qardaşlıq edirlər.Bütün bunları nəzərə alaraq, biz Elmasla bağlı əldə etdiyimiz yeni məlumatları eksklüziv olaraq həmin şəxs və oxucularımız üçün təqdim edirik. Deməli, bu yaxınlarda həmişəki kimi, Elmas bir oliqarx balası ilə təyyarə ilə Ukraynaya uçurmuş. Oliqarx balası özü biznes-klassda uçsa da, Elmasa ekonom-klassa bilet alıbmış. Təyyarədə biznes-klassda uçan başqa bir nüfuzlu iş adamı,hansı ki, bu şəxslərin ikisini də çox yaxşı tanıyır,onların birini biznes- klassda o birisini isə ekonom-klassda görəndə çox təəcüblənir. Ancaq Elmas ekonom-klassda otursa da yenə də uçuş zamanı biznes–klassa, oliqarx balasının yanına klounluq etməyə gedib -gəlib. Bax burda həmin nüfuzlu iş adamının yadına Elmasın sözləri düşür. Elmas həmişə deyirdi ki, “mən oliqarx balaları ilə səmimi qardaşlıq edirəm”. Ancaq qardaş,dost adlandırdığın adam sənin üçün ekonom-klassa, özü üçün isə biznes-klassa bilet alırsa, burda səmimiyətdən heç bir söhbət gedə bilməz. Burda söhbət yalnız oliqarx balası və təlxək-kloun münasibətlərindən gedə bilər. Çünki həmin oliqarx övladı Elmasa səmimi dostluq,qardaşlıq münasibəti bəsləsəydi yəgin ki, o Elması yanında, biznes-klassda oturdardı və yaxud da özü keçib onun yanında ,ekonom- klassda oturardı.Biz bu yazını yazmaqla heç kimi təhqir etmək istəmirik. Sadəcə bildirmək istəyirik ki,ay Elmas, harda olursan ol, istər təyarədə, gəmidə və yaxud da hamamda nə göp etsən də, yenə də yalanlarının üstü açılaraq uzə çıxacaq. Bəlkə də bu yazıdan sonra, Elmas öz klounluq sənətinə son qoymasa da,heç olmasa göpçuluğuna son qoydu... Rasimoğlu Geri qayıt |