Əsas Səhifə > Güney Press, Araşdırma > CAVİD QURBANOVUN QOHUMLARI DA MEYDAN SULAYIR
CAVİD QURBANOVUN QOHUMLARI DA MEYDAN SULAYIR4-10-2013, 11:03 |
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tabeliyində fəaliyyət göstərən Bakı Dəmiryol Xəstəxanasında neqativ hallar bitib-tükənmək bilmir. Bu yaxınlarda orada baş verən ölüm hadisəsini isə ,istisna hal deyil, bu xəstəxanada mövcud olan vəziyyətin açınacaqlı olmasının bariz göstəricisi saymaq olar. Bildiyiniz kimi Sentyabın 28-i Bakı Dəmiryol Xəstəxanasında 23 yaşlı Həlimə Akif qızı Əzimova doğum zamanı dünyasını dəyişib. Hadisə barədə açıqlama verən səhiyyə ocağının baş həkimi Laçın İmanov doğuş zamanı dünyasını dəyişən ananın qanaxmadan öldüyünü bildirib. Bildirilir ki,doğuş çox ağır keçib. Doğum zamanı çox nadir rast gəlinən DVS patologiyası, yəni qan laxtalanmaması olub. Yəni atonik qanaxma baş verib». Baş həkimin sözlərinə görə, doğuşu Nigar Abdullayeva və Tamilla Bağırova qəbul edib. Vəziyyəti pisləşən xəstəyə qan köçürülüb, süni nəfəs verilib.. Baş həkim onu da bildirib ki, ananın dünyaya gətirdiyi körpənin çəkisi 4 kiloqram olub. Doğuş zamanı həyat yoldaşını itirən Şərif Sabir oğlu Quliyev həyat yoldaşı Həliməni doğuşdan bir gün öncə Dəmiryolu Xəstəxanasına aparıldığını bildirib. (Qeyd edək ki, Ş.Quliyev özü dəmiryolçu olduğuna görə, sözügedən xəstəxanaya müraciət ediblər.) Halbuki,bir informasiya saytlarının yayımladığı məlumatlarda deyilir ki, xəstə səhər saatlarında aparılıb. Bundan başqa yayımlanan xəbərlərdə uşağın vəziyyəti normal qeyd olunmasına rəğmən körpənin sağ qolu zədəlidir. Baş nahiyəsində də cızıqlar müşahidə olunur.Qeyd edək ki,xəstənin vəziyyəti ağır olduğundan həkimlər həmin vaxtlarda Şərif Quliyevə təcili qan lazım olduğunu bildiriblər. “Bizə tələbnamə verərək, Respublika Mərkəzi Qan Bankına göndərdilər. Oradan qan vermədilər. Məcburən Neftçilər Xəstəxanasına getdik. 500 qram qanı 115 manata aldıq. Qayıdandan xəstəxanada sanki ağlaşma idi. Həkimlər də bütün personaj da vəziyyətin gərginliyini hiss etdirirdilər. Bir neçə dəqiqə sonra yenə təcili qan gərəkdiyini dedilər. Yenidən Neftçilər Xəstəxanasına yola düşdüm. 330 manata 1 litr qan alıb, geri qayıtdım”,-mərhumun yoldaşı deyib. Mənbə bildirir ki,«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin həkim sanitar xidmətinin rəisi Adil Şükürov “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovun yaxın qohumudur. Demək olar ki, Adil Şükürov QSC-də Cavid Qurbanovun bir yadigarı kimi qalıb.Qeyd edək ki, o hələ Azərbaycan Dövlət Dəmir Yolları QSC –yə Ziya Məmmədov rəhbərlik edən vaxtdan bu vəzifəni tutur. Mənbənin bildirdiyinə görə,bu günləri bu şəxs öz vəzifəsinin öhdəsindən gələ bilməsə də, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əskərov ona öz iradlarını sadəcə Cavid Qurbanova görə bildirə bilmir. Yoxsa QSC-in rəhbəri onu çoxdan bu vəzifədən qovardı. Bu şəxsi günorta çağları yalnız iri ranqlı məmurların yaxınlarının hüzür yerlərində görmək olar. O məclislərə də Adil Şükürov öz istəyi ilə yox, Cavid Qurbanovun təmsilçisi kimi gedir və məclis sahiblərinə Cavid Qurbanovun adından başsağlıqları verir.Adil Şükürov bu vəzifədə artıq 15 ildən çoxdur ki, oturub və ona bu təşkilatda gözün üstə qaşın var deyən olmadığı üçün o bu idarəni ürəyi necə istəyir, elə də idarə edir. Sərhəd boyu, yaxud da dəmir yol stansiyalarında Adil Şükürov öz işçilərini oturdub və onların imzası olmadan stansiyanı, yaxud da sərhədi heç bir qatar yerindən tərpənib keçə bilməz. Bu cür “maraqlı” işlər olandan sonra Adil Şükürovun nəyinə lazımdır ki, hansısa dəmiryol xəstəxanasında yoxlamalar aparsın. Yəgin ki, bu şəxs üçün yoxlamalardan çox, həmin xəstəxanaların baş həkimləri ilə dostluq münasibətində olması önəmlidir. Axı onların hamısı dəmiryolçulardır. Bundan başqa Cavid Qurbanov hal –hazırdakı vəzifəsindən əvvəl Azərbaycan Dövlət Dəmiryolu idarəsinin tikinti idarəsinin rəisi vəzifəsində çalışıb və çalışdığı zaman öz qohumu Adil Şükürovun iştirakı ilə Dəmiryolu xəstəxanalarında əsaslı təmir- tikinti işləri aparıb.İndi də o özü vəzifədə olmasa da Adil Şükürov onun “yadigarı” kimi orada qalıb. Adil Şükürov da o vaxtdan baş həkimlərlə yaranan yaxşı münasibətini indi yoxlamalar keçirtməklə körlamaq istəmir. Axı bu münasibətlərin uzun tarixçəsi var,özü də o illərin iştirakçısı elə hal -hazırda iri ranqlı məmurdur,həm də Milli Məclisin deputatıdır.Yəgin ki, söhbətin kimdən getdiyini oxucuların əksəriyyəti bildi.Bakı Dəmiryol Xəstəxanasında doğuş zamanı qeydə alınan ölüm hadisəsi Arif Əsgərovu niyə narahat etmir?Baş həkim Laçın İmanov və QSC-nin həkim sanitar xidmətinin rəisi Adil Şükürov ciddi şəkildə cəzalandırılmalıdır. Qeyd etdiyimiz kimi «Azərbaycan Dəmir Yolları» QSC-yə tabe olan tibb müəssisələrində vəziyyət ürəkaçan səviyyədə deyil. QSC-nin həkim sanitar xidmətinin rəisi Adil Şükürov vəzifəsinə laqeyd yanaşdığı üçün bu sahədə müxtəlif problemlər üzə çıxmaqdadır. Bakı Dəmiryolu Xəstəxanasında qeydə alınan ölüm hadisəsi bir daha göstərdi ki, «Azərbaycan Dəmir Yolları»nın səhiyyə sistemində ciddi islahatlara ehtiyac var. Baş həkimin nəzərinə çatdırmaq istəyirik ki, xəstənin ölümündə həkimlərin günahı çox olub. Həkimlərin dediyinə görə bütün cəhdlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıbHəkimlər nə cəhd göstərib ki? Onlar hamilə qadının qanaxmasını kəsə bilməyiblərsə, nəyə görə hələ də vəzifələrində qalırlar..? Əldə etdiyimiz məlumatlara görə, sözügedən xəstəxananın tibbi personalı arasında savadlı kadrlar çox az, hətta barmaqla sayılası qədərdir. Xəstəxanada baş alıb gedən özbaşınalıqlarla bağlı mətbuatda da kifayət qədər informasiya verilib. Əfsualar olsun ki, QSC sədri Arif Əsgərov yarıtmaz fəaliyyətlə məşğul olan baş həkim Laçın İmanovu cəzalandırmır. Məlumunuz olsun ki, yuxarıda adı qeyd olunan xəstəxanada illərdir ki, müxtəlif problemlər hökm sürür. Xatırladaq ki, bir müddət əvvəl Maliyyə Nazirliyinin maliyyə-təftiş idarəsinin müfəttişləri Bakı Dəmiryol Xəstəxanasını təftiş ediblər. Yoxlama 3 ay davam edib və çox böyük maliyyə maxinasiyaları aşkarlanıb. İlkin hesablamalara görə, xəstəxana rəhbərliyi təxminən yarım milyon manat dövlət vəsaitini mənimsəyib. Yoxlama dövründə tikinti-təmir işlərinə ayrılan xərclərin şişirdilməsi və mənimsənilməsi, ərzaq məhsullarının, dərman və inventarların tendersiz alınması, məvaciblərin hesablanmasında ciddi qanunsuzluqlar, pullu xidmətdən gələn gəlirlərin uçotdan gizlədilməsi kimi çox ciddi maliyyə pozuntuları aşkarlanıb. Ən böyük maliyyə pozuntusu təmir-tikinti xərclərinin şişirdilməsi ilə bağlı olub.Burada mal və xidmətlərin haqqı orta bazar qiymətindən dəfələrlə yüksək qiymətə sənədləşdirilib. Amma təmir-tikinti işləri sona qədər yerinə yetirilməyib. Eyni zamanda, ştat üzrə maaşların hesablanmasında çox ciddi çatışmazlıqlar olub, bir çox hallarda işçilərin məvacibi düzgün hesablanmayıb, xəstələr qida və dərmanla normal şəkildə təmin edilməyib.Bu faktlar mətbuat səhifələrinə çıxarılsa da, müvafiq dövlət orqanları tərəfindən heç bir tədbir görülməyib. Cəzasızlıq mühiti isə Bakı Dəmiryol Xəstəxanasındakı problemlərin daha da ciddiləşməsinə səbəb olub. Cəmiyyət sədri Arif Əsgərov, eyni zamanda əlaqədar orqanların nümayəndələri baş həkim Laçın İmanovun, QSC-nin həkim sanitar xidmətinin rəisi Adil Şükürov barəsində mütləq ölçü götürməlidir. \ Qafqaznews.az \ Geri qayıt |