Əsas Səhifə > Şou-biznes > BALOĞLAN FONOQRAM OXUYANLARI TOPA TUTDU

BALOĞLAN FONOQRAM OXUYANLARI TOPA TUTDU


4-10-2013, 11:15
BALOĞLAN FONOQRAM OXUYANLARI TOPA TUTDU
Xalq artisti Baloğlan Əşrəfov sənətdə özünü birinci adlandıran ifaçıları tənqid edib.

Axşam.az “Pərdə” verilişinə istinadən xəbər verir ki, müğənni bu ada yalnız özünün layiq olduğunu deyib:

“Kim gündəmin nəbzini tutursa, nömrə bir də odur. Fonoqramla oxuyan bir sənətçiyə öldürsələr də, tərif demərəm. Kimdir belə sənətçinin qədrini bilən? Mənə elə gəlir ki, nömrə bir özüməm.

Toya gedəndə 60-100 mahnını canlı oxuyuram, heç biri də təkrar olmur. Özlərinə birinci deyənlər gedib mənim qədər konsert versinlər. Bu səviyyəyə çatmaq üçün gərək xalq səni qiymətləndirsin.

Elə müğənni var ki, heç vaxt oxumağını görməmişəm, ancaq efirə qalmaqal üçün çıxır, dava edir. Əgər boş vaxtın varsa get, qəzəl, şeir öyrən. Mənim illərdir oxuduğum mahnılar indi toyları bəzəyir.

Müğənnilərə demək istəyirəm ki, əgər mahnımı pis oxuyacaqlarsa, heç ona toxunmasınlar. Əks təqdirdə dinləyici söyəcək və bu mənə də aid olacaq”.

Geri qayıt