Əsas Səhifə > Partiya > "AXI NİYƏ MÜSBƏTİ GÖRMÜRSÜNÜZ?"

"AXI NİYƏ MÜSBƏTİ GÖRMÜRSÜNÜZ?"


4-10-2013, 12:05
"AXI NİYƏ MÜSBƏTİ GÖRMÜRSÜNÜZ?"
“Xarici mətbuatda Azərbaycan haqqında çox müsbət yazılar dərc edilir. Hətta xarici mətbuatda “İnkişafın Azərbaycan modeli” haqqında geniş məqalələr dərc edilir. Yəni Azərbaycanın mövqeyi dünyada qəbul olunur. Azərbaycan beynəlxalq maliyyə qurumlarının reytinqində daim irəliləyir. Azərbaycan dünyanın iqtisadi baxımdan infilyasiyanın aşağı olduğu lider ölkə sayılır. Eyni zamanda investisiyaların yatırımı baxımından ən cəlbedici ölkədir. Beybəlxalq mətbuatda lehimizə yazılan yazılar əleyhimizə yazılan yazılardan qat-qat üstündür”.

Bunu SİA-ya açıqlamasında YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib. O, bildirib ki, çox təəssüf ki, radikallar, Azərbaycan dövlətinə düşmən mövqedə dayanan antimilli xarakterli fəaliyyətləri ilə özlərini ifşa edən dairələr nəticə etibarı ilə erməni lobbisinin vasitəsi ilə və ya Azərbaycanda öz maraqlarını həyata keçirməyə cəhd edən, lakin Azərbaycan hakimiyyətinin öz milli marağı naminə bu cəhdlərin qarşısını aldığı qrupların təhriki ilə əleyhimizə yazılan bəzi yazılar olur: “Bu cür yazıları əsas tutur, istinad edirlər. Nəyə istinad edirsiniz? Siz, o yazılara istinad edirsiniz ki, o yazıların arxasında Azərbaycanın əleyhinə olan dairələr dayanır. Bəzən isə bütövlükdə bulvar, sarı mətbuata istinad edirlər. Belə yazıların isə heç bir dəyəri yoxdur. Nə üçün sizlər müsbəti görmürsünüz? Siz yalnız mənfini görmək üçünmü yaranmısınız və mövcudsunuz? Bu müxalifətçilikdirmi? Müxalifətçilik heç də düşmənçilik demək deyil. Lakin siz müxalifətçiliyi də düşmənçilik səviyyəsinə endirmisiniz. Əməliniz və fəaliyyətinizlə hər zaman xalqa zərbə vurmaq istəmisiniz. Ona görə də Azərbaycan cəmiyyətində sizlərə dəstək yoxdur. Bunu heç kim imkar edə bilməz. Əgər seçki kampaniyasında, özlərinin iddia etdiyi kimi ayrı-ayrı siyasi partiyaların bir qurumu yaranır və seçicilərlə görüş-mitinqi keçirisə, həmin tədbirlərdə də hər zaman eyni kontinget iştirak edir və edilən çıxışlarda eyni ssenari ilə, boyatımış tezislər üzərində durursa sizə kim dəstək vertəcək? Sizin heç bir dəstəyiniz yoxdur və olmayacaq”.

Geri qayıt