Əsas Səhifə > Sosial, Manşet > NAZİRİN ƏLİ HƏSƏNOVLA BAĞLI SƏBR KASASI DAŞDI

NAZİRİN ƏLİ HƏSƏNOVLA BAĞLI SƏBR KASASI DAŞDI


4-10-2013, 12:18
NAZİRİN ƏLİ HƏSƏNOVLA BAĞLI SƏBR KASASI DAŞDI
ZİYA MƏMMƏDOVU PA RƏSMİSİNİN MEDİASINDA HƏDƏFƏ ÇEVRİLMƏSİ YORDU

DİA.AZ: - Hakimiyyət daxilində yeni münaqişə ocağı yarana bilər. Bu barədə DİA.AZ-ı bilgiləndirən Nazirlər Kabinetindəki mənbə iddia edir ki, nəqliyyat naziri Ziya Məmmədov son günlər barəsində mətbuatda gedən yazıların tək səbəbkarı kimi Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovu gördüyü qənaətini ortaya qoyub.

Mənbənin söylədikləri: «Əslində burada gizli nəsə yoxdur. Həqiqətən də Əli Həsənovdan birbaşa təlimat alan mətbuatda Ziya Məmmədov davamlı olaraq «vurulur». İndi isə PA rəsmisinin zəiflədiyi dönəmdir. Doğrudur, ara-sıra mətbuatda görünməklə yenə də ənənəvi mövqeləri əlində saxladığını nümayiş etdirməyə çalışır. Amma vəziyyət onun təsvir etməyə çalışdığı kimi deyil».

Mənbəmiz bildirir ki, məhz belə bir şəraitdə Ziya Məmmədov Əli Həsənovun mətbuatında «vurulması» ilə bağlı məsələni hakimiyyətin üst düzəyinin nəzərlərinə çatdırıb: «Burada tamam fərqli bir situasiya var. Əli Həsənov nüfuzlu dövlət adamları ilə bağlı mətbuatda kampaniya aparan bir fiqur kimi xarakterizə olunaraq təqdim olunub. Elə buna görə də PA-nın şöbə müdirinin vəziyyətinin seçkidən sonra da yaxşı olmayacağı görünəndir».

Onu da bildirək ki, Əli Həsənov Almaniyada ürəyindən əməliyyat olunub. Və bundan sonra fəaliyyətinə müəyyən dönəmlik ara verməli olub.

Geri qayıt