Əsas Səhifə > Cəmiyyət, Manşet > OQTAY ƏSƏDOVA QARŞI CİDDİ FAKTLAR DİLƏ GƏLİR

OQTAY ƏSƏDOVA QARŞI CİDDİ FAKTLAR DİLƏ GƏLİR


4-10-2013, 15:49
OQTAY ƏSƏDOVA QARŞI CİDDİ FAKTLAR DİLƏ GƏLİR
SPİKERİN ELŞAD ABDULLAYEVƏ NƏ DƏXLİ?

DİA.AZ: - Rəsul Quliyev… Murtuz Ələsgərov… Hər halda, bunların fonunda kifayət qədər dişsiz fiqur kimi görünən Oqtay Əsədov baş nazir Artur Rəsizadə ilə müqayisədə kifayət qədər ötkəm məmur təsiri bağışlayır. Amma buna rəğmən onunla bağlı da müəyyən dolaşıq qənaətlər mövcuddur. Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər mənbə iddia edir ki, hazırki Milli Məclis sədri Oqtay Əsədov özünə olan etimada kifayət qədər ciddi zərbə vurmağa müvəffəq olub.

Məlumatlı mənbə redaksiyamıza bildirir ki, Oqtay Əsədovla bağlı rəqibləri çox ciddi faktları «yuxarılara» təqdim edə biliblər: «Bu faktlarda spikerin bu gün hakimiyyətə çox ciddi zərbə vura bilmiş, onun hətta sütunlarını belə hədəfə almış keçmiş ABU rektoru Elşad Abdullayevlə mübhəm əlaqələrdən söhbət açılır».

Bilgili qaynağın iddialarına görə, Oqtay Əsədov zamanında Elşad Abdullayevi hətta himayəsinə də götürüb: «Hətta Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə təhsil nazirliyi qadağa qoyduğu zamani lk müdaxilə edənlərdən, Elşad Abdullayevin sözünü deyənlərdən biri də Oqtay Əsədov olub».

Xatırladaq ki, Oqtay Əsədovun qudası, Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin Elşad Abdullayevlə şübhəli əlaqələrinin olması faktı mövcuddur. Hətta qeyri-rəsmi iddialara görə, Alı Qocayev məhz bu əlaqələri səbəbindən Binəqədi rayon icra hakimiyyəti başçısı postundan uzaqlaşdırılaraq rəsmən Samuxa icra başçısı postuna «sürgün» edilib. Sadəcə olaraq Oqtay Əsədovla qohumluq əlaqələri ondan birdəfəlik imtinanın qarşısını alıb.

İndi isə aydın olur ki, Oqtay Əsədovun özünün Elşad Abdullayevlə şübhəli əlaqələri ortaya çıxıb. Məlumatlı mənbəyə görə, spiker son aylarda keçmiş rektorla hətta bir neçə dəfə telefon və internet əlaqəsi də yaradıb. Bu isə sabiq ABU rektorunun Bakıdakı himayədarlarının olması faktını araşdıranlar üçün ciddi informasiya hesab oluna bilər.

Geri qayıt