Əsas Səhifə > Cəmiyyət, Manşet > HÜSEYN BAĞIROVUN İŞÇİLƏRİ ƏLİLİ İNCİDİRLƏR
HÜSEYN BAĞIROVUN İŞÇİLƏRİ ƏLİLİ İNCİDİRLƏR4-10-2013, 16:21 |
ÇERNOBIL ƏLİLİ GÜZƏŞTLƏ ODUN ALA BİLMİR DİA.AZ: - Beyləqan rayonu Bünyadlı kənd sakini, Çernobıl ikinci qrup əlili Ramazanov Gülşad Beybud oğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) şikayətçi düşüb. DİA.AZ-a üz tutan beyləqanlı əlil yzır ki, sözügedən nazirlik hər il ona 1 dəfə güzəştli qaydadad yanacaq üçün odun verməlidir. Amma hər dəfəsində bu istəyi həyata keçmir.O yazır ki, dəfələrlə Beyləqan rayon Meşə Təsərrüfatı İdarəsinə dəfələrlə getməsinə baxmayaraq, iki aydır onu aldadırlar. «Məni get-gələ salıblar. Meşə Təsərrüfatı İdarəsinin müdir müavini Qismət müəllim və mühasib dedi ki, qırıntı oduna nazirlik tərəfindən icazə yoxdur. Hərçənd iki aydır istənilən meşədən gündəlik odun satılır. Bunu sübut etmək üçün əlimdə əsaslarım çoxdur». Gülşad Ramazanov iddia edir ki, idarə müdirinin müavini Qismət müəllim ondan pul istəyib. «Qismət müəllim dedi ki, 100 manat ver, odun verək. Mən və 3 uşağım xəstə olduğumuz üçün bu qədər pulu verməyə imkanımız yoxdur. Məni incitdiklərinə görə, 161 və 168-ə dəfələrlə şikayət etmişəm. Amma nəticə yoxdur». O qeyd edir ki, sentyabrın 27-də ETSN-dən bir nəfər gələrək ona zəng vurub. «Etdiyim şikayəti araşdırmaq üçün nazirlikdən bir nəfər gəlmişdi və mənimlə görüşərək dedi ki, qısa müddətdə odun verəcəklər. Üstəlik, İmişli rayon stadionunun yanında da bildirdi ki, mütləq tələbim yerinə yetiriləcək. Mənə bir akt uzadıb ona qol çəkməyimi istədi. Dedim gecə gözüm görmür, səhər qol çəkərəm. Amma o israrla qol çəkməyimi istədi». G.Ramazanov bu hadisənin üzərindən iki həftəyə yaxın keçdiyini bildirir, lakin odununun hələ də verilmədiyini deyir. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |