Əsas Səhifə > Dünya > PREZİDENTİN İSTEFASI TƏLƏBİLƏ MİTİNQLƏ BAŞLADI
PREZİDENTİN İSTEFASI TƏLƏBİLƏ MİTİNQLƏ BAŞLADI20-01-2012, 12:15 |
MÜXALİFƏT YENİDƏN AYAQLANDI Erməni Milli Konqresi (EMK) bəyan edib ki, "legitim hakimiyyət yalnız saxtalaşdırma maşınının dağıdılması, qanuni və şəffaf seçkilərin keçiriləcəyi halda formalaşa bilər". "Bu, hakimiyyətin siyasi iradə nümayiş etdirəcəyi və keyfiyyətli seçki qanunvericiliyinin olacağı halda mümkündür. Ermənistanda keçirilən seçkilər dəfələrlə hazırkı rejimin belə iradə göstərə bilməyəcəyini nümayiş etdirib. Siyasi qüvvələrin və ictimaiyyətin təzyiqi altında qanunvericiliyin təkmilləşdirilməsi pozuntu və saxtakarlıqların mümkünlüyünü xeyli azalda bilər", - bəyanatda deyilir. Trend-in məlumatına görə, bu barədə "Mediamaks" yazır. "Tapşırıqların mühümlüyünü nəzərə alaraq EMK bəyan edir ki, fevralın 17-dən mitinqlər dalğasının bərpa edilməsini qərara alır. Onların gündəliyində Serj Sarkisyanın istefaya məcbur edilməsi, eləcə də azad və ədalətli seçkilərin təmin olunması mexanizmi məsələsi duracaq. EMK hələ 2010-cu il martın 1-də formalaşmış və dərc olunmuş qanunvericilikdə dəyişikliklərin edilməsi barədə qanunun qüvvəyə minməsi üçün əlindən gələn hər şeyi edəcək", - məlumatda deyilir. EMK Daşnaksütyun və İrs partiyalarının seçkilərin yalnız proporsional seçki sistemi əsasında keçirilməsinə dair birgə bəyanatını alqışlayır. "Biz bu siyasi qüvvələrin səylərini və yanvarın 20-də bu məsələ ilə bağlı forumun keçirilməsini alqışlayırıq", - Erməni Milli Konqresinin bəyanatında deyilir. Geri qayıt |