Əsas Səhifə > Şou-biznes > “MƏNİM ÜÇÜN YOXSAN”

“MƏNİM ÜÇÜN YOXSAN”


28-09-2011, 12:55
“MƏNİM ÜÇÜN YOXSAN”

İBRAHİM TATLISƏSİN EVLƏNMƏSİNƏ OĞLU ETİRAZ ETDİ

Türk musiqisinin imperatoru İbrahim tatlısəs 14 martda silahlı hücuma məruz qaldıqdan sonra müalicəsini davam etdirdiyi reabilitasiya mərkəzində ötən gün evlənib.

Müğənni 12 illik sevgilisi 30 yaşlı Ayşegül Yılmazla birlikdə 2-ci dəfə nikah masasına əyləşib. Şişli bələdiyyə rəhbəri Mustafa Sarıgülün kəsdiyi nikahda şahidlər kimi iş adamı Yüksel Çağlar və "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim iştirak ediblər.

Türkiyə sərhədlərini aşan xoş evlilik xəbərinə çoxları birmənalı yanaşmır. İddialara görə, evlilik məsələsinin arxasında gizli saxlanılan çox məqamlar var. Hətta ötən gün Tatlısəsə baş çəkməyə gələn 19 yaşlı oğlu İdo atasının evlənmə xəbərini eşidincə çoc təəccüblənib və atasına "Sən mənim üçün artıq yoxsan" deyərək, xəstəxananı tərk edib.


Geri qayıt