Əsas Səhifə > Siyasət, Manşet > MÜDAFİƏ NAZİRİMİZ HÜCUM HƏDƏFİNDƏ
MÜDAFİƏ NAZİRİMİZ HÜCUM HƏDƏFİNDƏ20-01-2012, 12:47 |
SƏFƏR ƏBİYEVƏ QARŞI MN DAXİLİNDƏ ZABİT QRUPU FORMALAŞIB DİA.AZ: - Azərbaycan ordusunda baş verən son olaylardan sonra müdafiə naziri Səfər Əbiyevin vəzifəsində qalacağı inandırıcı görünməsə də, hələ də bu postda hansısa dəyişiklik müşahidə olunmur. Amma redaksyamızın əldə etdiyi məlumatlardan aydın olur ki, əslində Səfər Əbiyev həmin ərəfdə yola salınmalı idi və rəqiblərinin total hücumları fonunda nazir nəinki müdafiə olundu, hətta hücuma da keçdi. Xatırladaq ki, həmin ərəfədə Milli Orduda prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri general Vahid Əliyevin rəhbərliyi ilə yoxlamalar da aparıldı. Doğrudur, həmin yoxlamaların nəticələri ictimaiyyətdən gizlin sxlanıldı və yalnız hərbi çağırış sistemində bir-iki həbslər həyata keçirildi ki, bunlara görə də Səfər Əbiyevdən daha çox Respublikanın sabiq baş hərbi komissyarı, hazırki deputat Əlağa Hüseynovu və hal-hazırda Müdafiə Nazirliyində hərbi çağırış sisteminə nəzarət rıçağını əlində saxlayan Nəcməddin Sadıqovu günahkar bilmək olar. Onu da qeyd edək ki, həmin ərəfədə həm Nəcməddin Sadıqovun və həm də Vahid Əliyevin adı Səfər Əbiyevin yerinə potensial namizəd kimi hallandırıldı. Daha bir namizəd də var idi ki, onun şanslarının hətta yüksək olduğu da bildirilirdi. Bu barədə redaksiyamıza danışan mötəbər mənbə bildirir ki, bu ilin fevral ayı içində isə nazirin postundan gedəcəyi və onun yenisi ilə əvəzlənəcəyi gözlənilir. Həmin məlumatda bildirilir ki, son günlər mətbuatla müdafiə nazirliyi arasında yaşanılanlardan sonra Müdafiə Nazirliyində qapalı müşavirə keçirilib və bununla bağlı təcili tədbirlərin görülməsi nəzərdə tutulub. Bildirək ki, həmin müşavirə ilə bağlı da həmin ərəfədə çox dolaşıq və ilginc məlumatlar yayıldı. Xəbərdə bildirilirdi ki, həmin vaxt müdafiə naziri Səfər Əbiyevin isə heyət qarşısında çıxış edərək, gözlənilmədən artıq işləyə bilmədiyini deyib. Əlumatlarda bildirilgnə görə, nazir hətta yaxın günlərdə istefa vermək niyyətində olduğunu da hərbçi yoldaşlarına açıqlayıb. Bu barədə yazılan xəbərin tam məlumatını da diqqətinizə çatdırırıq: «Artıq yuxarı dairələrdə də bu cür düşünlməyə başlanılıb. Bir-neçə ildir orduda baş verən neaqtiv halların üzərindən keçildiyinə rəğmən, son hadisəni müdafiə nazirinə bağışlamaq istəməyən rəsmi dairələr ondan belə bir addımı könüllü olaraq atmasını istəyiblər. Səfər Əbiyev də bunun qarşılığında işdən çıxmağa hazır olduğunu bildirdiyindən, artıq yeni nazirin kimliyi üzərində işlənilməyə başlanılıb. İlkin məlumatlara görə, hazırda bu posta ən şanslı namizəd Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevdir. Xeyli müddətdir hərbi sahədə çalışan və bu müddət ərzində sərhəddə kifayət qədər normal vəziyyət yaratmış Quliyevin, həm də kifayət qədər nizam-intizamı sevməsi onun şanslarını artırır. Bu ilin fevral ayı ərzində müdafiə naziri postu məsələsi həllini tapacaq və çox güman ki, Elçin Quliyev də Səfər Əbiyevi əvəz edəcək. Bildirək ki, Səfər Əbiyevlə bərabər bir-neçə yüksək çinli zabitin də işdən çıxarılması gözlənilir. Həmin sırada korpus və briqada komandirinin artıq istefaya göndərilməsi üçün əmrlərinin hazır olduğu iddia edilir». Bütün bu məlumatların fonunda dünən redaksiyamıza çox ilginc faktlar daxil olub. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia-az.life) məlumatlandıran milli ordudakı qaynaqların informasiyasına görə, artıq Müdafiə Nazirliyi sistemindəki gərginlik başa çatıb və Səfər Əbiyev demək olar ki, rəqiblərini tamamən zərərsizləşdirib. Hətta bu səbəbdən fevral ayına nəzərdə tutulan nazir dəyişikliyi də gündəmdən çıxarılıb. Qeyd edək ki, əslində Səfər Əbiyevə qarşı hücum əmri birbaşa olaraq Prezident Administrasiyasından gəlmişdi və administrasiya Əbiyevin yerinə Vahid Əliyevi hazırlayırdı: «Amma bu işlər heç bir nəticə vermədi. Səfər Əbiyevə birbaşa olaraq prezidentin stavka etməsi hücum edən tərəf üçün sakitləşməkdən başqa bir şans buraxmadı». Mənbəmiz bildirir ki, bir neçə gün əvvəl MN şefinə qarşı fəaliyyətdə olan qrup yenidən toparlanıb: «Artıq mətbuatda da həmin qrupun fəaliyyəti açıq-aydın görünməkdədir. Milli ordudan yazmağın hansı dərəcədə strateji əhəmiyyət daşıdığını dərk etməyən bəzi qəzetçilər də müəyyən şirnikləndirici təkliflərin qarşılığında MN daxilindəki oyunlara cəlb edilirlər. Və nəticədə bəzi qəzetlərdə yenə də ordu ilə bağlı daha çox aşağılayıcı mahiyyət daşıyan yazılar yer almaqdadır. Əslində hansısa məmurun vurulması naminə ordunun ləkələnməsi, ordunun şərəfinin alətə çevrilməsi insanlıq və vətəndaşlıq baxımından da cinayətdir». Əldə etdiyimiz xəbərlərə görə, Səfər Əbiyevi yenmək niyyətiylə təkrarən meydana atılan qrup hətta dövlət sirri hesab olunan məlumatları belə mətbuata ötürməyə hazır kimi görünürlər: «Bu günlərdə qəzetlərin birində çox ciddi hərbi məlumat yayıldı və bu faktdan Səfər Əbiyevə qarşı istifadə olunmağa cəhd edildi. Halbuki bu məlumatın müharibə şəraitində olan bir ölkənin qəzetlərində dərci çox ciddi hadisə idi». Onu da bildirək ki, məhz bu fəaliyyətləri səbəbindən həmin qrupla bağlı konkret faktlara söykənən sənədlər Səfər Əbiyevə yaxın çevrə tərəfindən toplanaraq birbaşa olaraq prezidentə təqdim olunub: «Əgər hakimiyyətiçi mübarizə milli dövlətçilik maraqlarının sərhədlərini aşırsa, bunun bədəli ağır şəkildə ödənəcək». Onu da bildirək ki, Səfər Əbiyevə qarşı MN daxilində bir zabit heyətinin formalaşması da müəyyən olunub. Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |