Əsas Səhifə > Sosial, Manşet > BAŞÇININ VERDİYİ SƏRƏNCAM NECƏ SAXTLAŞIDIRILIR?

BAŞÇININ VERDİYİ SƏRƏNCAM NECƏ SAXTLAŞIDIRILIR?


7-10-2013, 09:04
BAŞÇININ VERDİYİ SƏRƏNCAM NECƏ SAXTLAŞIDIRILIR?
ŞİRVANDAN NARAZI VƏTƏNDAŞ BU İŞDƏ MARAQLI TƏRƏFLƏRİ NİŞAN VERDİ

DİA.AZ: - Redaksiyamıza Şirvan şəhər sakini Ziya Əliyev şikayət məktubu ilə müraciət edib. DİA.AZ-a daxil olan müraciətdə deyilir:

«Tərəfimdən Şivan şəhər Prokurorluğuna, bir qrup saxtakar şəxslərin Şirvan Arxiv idarəsinin əməkdaşları ilə əlbir olaraq Əli Bayramlı şəhər İcra başcısının 63 saylı, 26.05.1999 cu il tarixli sərəncamının saxtalaşdırılması yolu ilə başqa şəxsə verilməsi faktı ilə əlaqədar şikayət ərizəsi ilə müraciət olunmuşdur. Həmin şikayət ərizəsi hazırda Şirvan şəhər Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Anar Şirinovun icraatında araşdırılmaqdadır.

Həmin şikayətlə bağlı müstəntiq tərəfindən qəbul olunmuş 29 iyun 2013 cü il tarixli qərarda göstərilmişdir ki, şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməlidir. Həmin qərarla mənim şikayətimə belə qiymət verilmişdir ki, guya mənim şikayətim mülki xarakterlidir və materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməlidir.

Mənim yuxarı instansiyalara şikayətlərim əsasında həmin qərar ləğv edilmiş və şikayət ərizəm əsasında yenidən araşdırma aparılması qərara alınmışdır. Lakin təəssüflər olsun ki, yenə də müstəntiq tərəfindən mənim şikayətimdə göstərilənlərlə bağlı obyektiv araşdırma aparılmır və həmin şikayətə təkrar olaraq guya mülki xarakterli olmasına dair don geyindirilir. Bu da onunla əsaslandırılır ki, həmin işlə bağlı Şirvan İnzibati, İqtisadi Məhkəməsinin və Azərbayjan Respublikası Ali Məhkəməsinin qərarları vardır.
Göstərilənlərlə bağlı nəzərinizə çatdırmaq istəyirəm ki, müvafiq məhkəmə qərarlarının olmasından mənim də məlumatım vardır və mən heç də şikayət ərizəsi yazmaqla həmin məhkəmə qərarlarını mübahisə həddinə çatdırmıram. Mən sadəcə olaraq baş vermiş cinayət hadisəsi barədə məlumat verirəm və həmin cinayətdə təqsirli olan şəxslərin müəyyən edilib cəzalandırılmasını xahiş edirəm.

Məlum olduğu kimi Azərbaycan Respublikası cinayət Prosessual Məcəlləsinin 204 cü maddəsinə əsasən cinayət işinin başlanması əsaslarından biri də törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxslərin məlumatlarıdır.

Bununla bağlı nəzərinizə çatdırıram ki, "Bərəkətli" MMC 2003 cü ildən Şirvan şəhəri, A.Əhmədov küçəsində yerləşən torpaq sahəsində olan çörəkbişirmə sexində çörək və digər un məmulatlarının istehsalı və əhaliyə satışı üzrə fəaliyyət göstərmişdir. Göstərilən ünvanda torpaq sahəsinin ayrılmasına əsas isə Şirvan şəhər İcra hakimiyyəti başçısının 26 may 1999-cu il tarixli 63 saylı sərəncamı olmuşdur ki, həmin sərəncamla A.Əhmədov küçəsində 60 kv.m. Torpq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. "Sadiq" kəndli (Fermer) təsərrüfatının direktoru həmin tarixli, yəni 26 may 1999 cu il tarixli, həmin nömrəli, yəni 63 saylı digər bir sərəncam təqdim etmiş və bildirmişdir ki, həmin sərəncamla ona A.Əhmədov küçəsində 800 kv.m. Torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. 2010 cu ildə isə "Sadiq" kəndli (Fermer) təsərrüfatının direktoru Şirvan şəhər Arxiv idarəsindən saxta yolla aldıgı həmin tarixli, yəni 26 may 1999 cu il tarixli, həmin nömrəli, yəni 63 saylı digər bir sərəncam təqdim etmiş və bildirmişdir ki, həmin sərəncamla ona A.Əhmədov küçəsində 1800 kv.m. Torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur.

Bu səbədən bizim aramızda məhkəmə çəkişmələri yaranmışdır. Hazırda isə mən həmin məhkəmə çəkişmələrinə toxunmadan nəzərinizə çatdırıram ki, mühüm bir icra orqanı olan Şirvan şəhər İcra hakimiyyəti başçısının 26 may 1999 cu il tarixli 63 saylı sərəncamı saxtalaşdırılmışdır. Belə ki, təqdim olunmuş sənədlərlə tam təsdiq olunur ki, Şirvan şəhər İjra hakimiyyəti başçısının 26 may 1999 cu il tarixli 63 saylı, yəni eyni tarixli, eyni nömrəli üç fərqli sərəncamı mövcuddur ki, onlardan birində 60 kv.m., digərlərində isə 800 və 1800kv.m. Torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Belə bir faktın olması isə mümkün deyil və absurddur. Burada rəsmi sənədin saxtalaşdırılması cinayəti baş vermişdir.

Azərbaycan Respublikası cinayət Məjəlləsinin 320.1 ci maddəsində Hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaya və ya qanunsuz hazırlamaya görə, həmin Məcəllənin 320.2 ci maddəsində isə həmin saxta sənədlərdən bilə bilə istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

Mənim şikayət ərizəmdə və şikayətimə əlavə etdiyim rəsmi sənədlərdə göstərilənlərlə tam təsdiq olunur ki, Şirvan şəhər İcra hakimiyyəti başçısının 26 may 1999 ju il tarixli 63 saylı sərəncamı saxtalaşdırılmış, saxtalaşdırılmaqla istifadə olunmuş və bu gündə istifadə olunmaqdadır. Həmin sərəncamdan biri, ya 60 kv.m. Torpaq sahəsinin ayrılmasını nəzərdə tutanı, ya da 1800 kv.m. Torpaq sahəsinin ayrılmasının nəzərdə tutanı saxtadır ki, bu da məhz sizin tərəfinizdən araşdırılmalıdır.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 85.2.1 ci maddəsinə əsəsən müstəntiq törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmalı, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamalı, işi öz icraatına götürməli, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görməli, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirməlidir.

Lakin müstəntiq Anar Şirinov Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 85.2.1 ci maddəsi ilə üzərinə düşən vəzifələri icra etmir, şikayət ərizəmdə göstərilən cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün heç bir tədbir görmür. Onun tərəfindən qəbul edilmiş 29 iyun 2013 cü il tarixli qərarın ləğv olumasına baxmayaraq, müstəntiq Anar Şirinov üzərinə düşən vəzifəsini icra etməklə cinayət törətmiş şəxslərin ifşa olunması ilə məşğul olmaq əvəzinə yalnız və yalnız cinayət törətmiş şəxslərin müdafiəsi ilə məşğul olmaqdadır. Bunun da nəticəsində bir Azərbaycan Respublikasının vətəndaşı kimi mənim hüquqlarım pozulmaqda davam edir. Həmin material üzrə müstəntiq Anar Şirinovun mövqeyi tam aydındır və onun tərəfindən hər hansı bir obyektiv qərar qəbul oluna bilməz”.

Bütün tərəfləri də dinləməyə hazırıq...

Geri qayıt