Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏD ÜÇÜN "XİMÇİSTKA"
BƏŞƏR ƏSƏD ÜÇÜN "XİMÇİSTKA"7-10-2013, 09:48 |
Suriyanın kimyəvi silah arsenalının bir qismi ötən gün Kimyəvi Silahların Qadağan edilməsi üzrə Təşkilatın (KSQT) espertlərinin iştirakı ilə məhv edilib. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb. "Suriyalı mütəxəssislər qaz çapacaqları və cilalama maşınlarından istifadə edərək döyüş başlıqları, zəhərləyici maddəli aviabomba, qarışdırma və doldurma avadanlıqlarını məhv edib və deaktivləşdiriblər", deyə yayılan məlumatda qeyd edilir. Silahların məhv edilməsi prosesi yaxın günlərdə də davam etdiriləcək. Xatırladaq ki, daha öncə KSQT təşkilatının mütəxəssis qrupunun oktyabrın 7-də Suriyaya gələcəyi gözlənilirdi. Lakin ekspert qrupu ötən gün Dəməşqə gələrək prosesə başlayıb. Geri qayıt |