Əsas Səhifə > Partiya > QURBAN MƏMMƏDOVA İŞ VERİLDİ

QURBAN MƏMMƏDOVA İŞ VERİLDİ


20-01-2012, 15:12
QURBAN MƏMMƏDOVA İŞ VERİLDİ

“DALĞA”çı GƏNC TAKSİ QİYAMINDA HƏBS EDİLİB

“Dalğa” Gənclər Hərəkatının üzvü Qurban Məmmədov yanvarın 19-da narazı taksi sürücülərinin Nəqliyyat Nazirliyinin qarşısında keçirdiyi aksiyada saxlanıb. Hərəkatın mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsinə aparılan Qurban Məmmədov polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamada günahlandırılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Qurban Məmmədova 5 sutka inzibati həbs cəzası verilib.

“Dalğa”nın 20 yanvar bəyanatında qeyd olunur ki, Qurban Məmmədovun həbsi Azərbaycan vətəndaşlarının konustutsion hüququnun pozulmasıdır.


Geri qayıt