Əsas Səhifə > Sosial, Manşet > «GÜNDƏM XƏBƏR» QƏZETİNDƏ HƏYƏCANLI ANLAR

«GÜNDƏM XƏBƏR» QƏZETİNDƏ HƏYƏCANLI ANLAR


8-10-2013, 10:44
«GÜNDƏM XƏBƏR» QƏZETİNDƏ HƏYƏCANLI ANLAR
QƏZETİN TƏSİSÇİSİ QƏRAR VERİB: «BİR AYA QƏZET İŞİNİ DAYANDIRA BİLƏR»

DİA.AZ: - Daha bir mətbu orqan bağlanma təhlükəsi ilə üz-üzə qalıb. Bu barədə DİA.AZ-a verilən məlumatlardan aydın olur ki, ölkənin aparıcı qəzetlərindən olan «Gündəm Xəbər» qəzeti maliyyə problemləri səbəbindən fəaliyyətini dayandıra bilər.

Qəzetin təsisçisi Şirin Cəfərinin redaksiyamıza bildirdiyinə görə, son bir ildə redaksiya böhran keçirir: «Qəzetimizə qarşı təzyiqlər, qondarma vergidən yayınma ittihamı və digər bu kimi amillər təbii ki, «Gündəm Xəbər» qəzetinin işinə mənfi təsir göstərməli idi.

İndi də yayım firmalarının aylardır yaratdığı şərait redaksiyamıza sarsıdıcı zərbəni vurub. Artıq qəzetimiz fəaliyyətini daandırmaq kimi bir qayğı ilə üz-üzədir».

Şirin Cəfəri DİA.AZ-a açıqlamasında qeyd edir ki, yeganə gəlir yeri məhz satışdan gələn pul olduğundan aylardır redaksiya kollektivinin əməkhaqqısının ödənilməsində də ciddi problemlər yaşayır: «Dəfələrlə şəxsi tanışlarımdan məhz işçilərin əməkhaqqısının qarşılanması üçün borc pul almışam. Və artıq son həddə yetişmişik. Elə bir mərhələdəyik ki, bundan sonra fəaliyyətimizi davam etdirməyimiz çətinləşib. Əgər yayım firmaları ilə münasibətlərimiz bu şəkildə davam edərsə, o zaman «Gündəm Xəbər» qəzeti uzağı bir ay duruş gətirə bilər».

Geri qayıt