Əsas Səhifə > Partiya > ŞOK: ƏLİ İNSANOV VƏ FƏRHAD ƏLİYEV ƏFV OLUNA BİLƏR
ŞOK: ƏLİ İNSANOV VƏ FƏRHAD ƏLİYEV ƏFV OLUNA BİLƏR8-10-2013, 15:55 |
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Hafta.az-a verdiyi məlumatda əfv siyahısının hazırlanmasının seçkilərlə bağlı olaraq yubandığını bildirib: “Bu mövzu ilə əlaqədar bizdə olan xəbər yalnız bundan ibarətdir ki, siyahı hazırlanır, iclaslar keçirilir. Amma əfvin nə vaxt olacağı məlum deyil. Hər halda, biz güman edirik ki, bu gün Qurban Bayramı üçün nəzərdə tutulub. Əfv komissiyasına təqdim etdiyimiz siyahı isə Avropa Şurasının bizə təklif etdiyi kriteriyalara əsasən tərtib olunub”. Sabiq nazirlərin əfv olunmasına məsələsinə isə Novella Cəfəroğlu belə münasibət bildirib: “Onlar hər ikisi öz cəzalarının yarıdan çoxunu çəkiblər. Avropa Şurasının da onlar haqqında çıxarışları var. Fərhad Əliyev və Əli İnsanov əfv oluna bilər”. Xatırladaq ki, əfv komissiyasının bu günə qədər bir sıra iclası keçirilib. İclaslarda komissiyaya daxil olan müraciətlər araşdırılır. Tezliklə nəticələrin yekunlaşdırılaraq siyahı formasında ölkə başçısına təqdim olunacaq. Əfv ilə bağlı komissiyaya sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin əfv ərizəsi ilə yanaşı, bir sıra müraciətlər də daxil olub ki, onlar arasında həbsdə olan tanınmışlardan da var. Geri qayıt |