Əsas Səhifə > Siyasət, Manşet > HEYDƏR BABAYEV BAKIYA GƏLİB

HEYDƏR BABAYEV BAKIYA GƏLİB


20-01-2012, 15:35
HEYDƏR BABAYEV BAKIYA GƏLİB

ONUN AZƏRBAYCANA ƏMLAKI İLƏ BAĞLI GƏLDİYİ BİLDİRİLİR

DİA.AZ: - Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin Azərbaycandan birdəfəlik getdiyi və Bakıdakı daşınmaz əmlakını satışa çıxardığı haqda məlumatlar bir neçə müddət əvvəldən yayılmışdı.

Bu gün redaksiyamıza məlumat verən Heydər Babayevin Azərbaycandakı yaxınlarından biri bildirdi ki, sabiq nazir Bakıdadır və o, artıq Bakı kənarında yerləşən və qiyməti 1 milyon 300 min manata olan villasına müştəri tapıb:

«Maraqlıdır ki, nazirin villasına müştəri çıxanlar sırasında hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsində yüksək vəzifə tutan şəxslərdən birinin də adı çəkilir. Amma Heydər Babayev tanınmış iş adamlarından biri ilə anlaşıb və villasını həmin şəxsə satmaq qərarındadır».

Mənbəmiz onu da bildirdi ki, keçmiş nazirin villası ilk əvvəl satışa 2 milyon manata çıxarılsa da, müştəri tapılmayıb. Bildirək ki, bununla yanaşı, Heydər Babayevin daha iki obyektinin də satışda olduğu bildirilir.


Geri qayıt