Əsas Səhifə > Sosial, Manşet > CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB
CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB8-10-2013, 16:21 |
KEÇMİŞ SÜRÜCÜSÜ ASC PREZİDENTİNƏ QARŞI İFADƏ VERİB: HƏBSLƏR OLACAQ DİA.AZ: - Bir müddət əvvəl jurnalist Pərviz Həşimlinin həbsilə bir fərqli formada gündəmi məşğul edən «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovla bağlı prezident seçkilərindən sonra tədbirin görüləcəyi haqda xəbərlər yayılmışdı. Bu məsələ ilə bağlı DİA.AZ-a yeni informasiyalar daxil olub. Mötəbər mənbələrdən əldə etdiyimiz informasiyaya görə, iki ilə yaxındır ki, hüquq-mühafizə orqanlarımız tərəfindən axtarışda olan Cavid Qurbanovun sürücüsü Mahir Lənkərani həbs olunub. Bu şok məlumatı DİA.AZ-a çatdıran qaynaq iddia edir ki, İranın xüsusi xidmət orqanları ilə əlaqələri şübhə doğurmayan Mahir Lənkərani eyni zamanda Cavid Qurbanovun «sağ əli» kimi tanınaraq onun gizli biznesini, gizli maliyyə işlərini yönəldirmiş. Mənbə iddia edir ki, bu günlərdə həbs olunan Mahir Lənkəranidən Cavid Qurbanova qarşı şok faktlar əldə edilib: «Hətta bu faktlar üzərə başqa vəzifəli şəxslərin də ittiham olunması mümkündür. Hər halda, seçkidən sonranı gözləməyinə dəyər». Geri qayıt |