Əsas Səhifə > Sosial > AZƏRBAYCAN HAKİMİYYƏTİ SAHİBKARLARI BOĞUR

AZƏRBAYCAN HAKİMİYYƏTİ SAHİBKARLARI BOĞUR


20-01-2012, 15:55
AZƏRBAYCAN HAKİMİYYƏTİ SAHİBKARLARI BOĞUR

KİÇİK VƏ ORTA SAHİBKARLIĞA DƏSTƏK VERİLMƏLİDİR

Beynəlxalq Valyuta Fondu Azərbaycan hökuməti ilə Fondun Nizamnaməsinin IV maddəsi üzrə 2011-ci ilin oktyabrında keçirilən məsləhətləşmələrin yekunu üzrə yekun rəyini açıqlayıb.

BVF-nin məlumatına görə, qeyri-neft sektoru güclənməkdə davam edir. O, 2011-ci ildə 9%-ə çata bilər və dövlət xərclərinin neftlə maliyyələşməsinə dəstək verə bilər. 2010-cu ildə onun payı 7 ½ idi. Yeni quyuların istehsal gücünün azalması 2011-ci ildə neft hasilatına kəskin təsir etsə də, Azərbaycanın xarici mövqeyi, proqnozlara görə, yüksək olaraq qalacaq. İnflyasiya oktyabrda 6,8%-ə endi. Amma planlaşdırılan dövlət xərcləri bağlı və karbohidrogenlərin hasilat həcmi çoxalmadan arta bilər. Manatın məzənnəsi ABŞ dollarına nisbətən 2% möhkəmlənib.

2011-ci ildə güclü maliyyə stimulları dünyada neftin qiymətinin görünməmiş artımı ilə dəstəkləndi. Əsaslı xərclər ciddi şəkildə artsa, «qeyri-karbohidrogen» (qeyri-neft) büdcə kəsiri 2011-ci ildə qeyri-neft ÜDM-in 44%-ə çata bilər (2010-cu ildə 38%) və əgər 2012-ci ildə büdcə layihəsi tam həcmdə icra olunsa, 50%-i keçə bilər.

2011-ci ildə ərzağın dünyada qiymətinin artımına təkrar effekt olan daxili inflyasiyaya reaksiya kimi uçot dərəcəsi və ehtiyat tələbi bir qədər artdı. Amma bazar faiz dərəcələri buna reaksiya vermədi və kreditləşmədə artım zəif olaraq qaldı. Mərkəzi Bankın dövlət müəssisələrinə göstərdiyi dəstək yavaş templə də olsa davam edir və sistem dövlət bankının özəlləşdirilməsində cüzi tərəqqi var.

BVF-nin fikrincə, qısa və ortamüddətli iqtisadi perspektivlər əlverişlidir və 2012-ci ildə 6% ola bilər, qeyri-neft sektorunda artım ortamüddətli vergi-büdcə konsolidasiyası və birbaşa xarici qeyri-neft investisiyaları olsa, 5–5½ % diapazonunda qala bilər.

«Bu proqnoz ehtimal edir ki, 2012-ci qeyri-neft maliyyəsində əsas tənzimləmələr, həmçinin struktur islahatlarında tərəqqi, o cümlədən işgüzar mühitin və özəl qeyri-karbohidrogen investisiyaların stimullaşdırılması məqsədilə idarəetmənin yaxşılaşması başlayacaq. Risklər əsasən neftin qiymətinin düşməsindən doğur. Azərbaycan qeyri-neft ixracı və pul köçürmələrindən az asılıdır. Böyük xarici aktivlər gələcək sarsıntılar, o cümlədən neftin qiymətinin kəskin və davamlı şəkildə düşəcəyi təqdirdə nəticələrin yumşaldılması üçün bufer rolu oynaya bilər», – deyə Fondda hesab edirlər.

İcra Şurası Azərbaycana IV maddə ilə 2011-ci ildə müsbət qiymət verib və qeyd edib ki, son vaxtlara qədər Azərbaycanın yüksək iqtisadi göstəricilərindən ağıllı iqtisadi siyasətə nümunə kimi istifadə edilib. 2000-ci illərin əvvəllərindən dövlət siyasəti qeyri-neft artımının yüksək tempinin dəstəklənməsinə və makroiqtisadi vəziyyətin sabitləşməsinə kömək edib. Neft ixracının gəlirlərinin mühüm hissəsinə şəffaf şəkildə qənaət siyasəti iqtisadiyyata imkan verib ki, mənfi nəticələrdən qaçsın. Bundan başqa, karbohidrogenlərlə bağlı olmayan artım və düzgün ünvanlı sosial yardım yoxsulluğun xeyli azalması ilə nəticələnib.

«Amma yüksək artım və yoxsulluğun daha da azaldılması üçün Azərbaycan xeyli işlər görməlidir. Karbohidrogen resursları nə vaxtsa bitəcək və iqtisadiyyat təbii resurslardan simbioz asılılıqdan qurtulmalıdır. İqtisadiyyatın şaxələnməsi və özəl sektorun inkişafı üçün vacib ilkin şərtlərdən biri dövlət idarəçiliyinin və biznes mühitin təkmilləşdirilməsidir. Hakimiyyətin bu istiqamətdəki son addımlarını alqışlamaq olar. Amma antikorrupsiya kampaniyası genişləndirilməli və daha qəti olmalıdır. İşgüzar mühitin yaxşılaşdırılması üçün ticari maneələr zəiflədilməli və rəqabətin gücləndirilməsi üçün daha az məhdudlaşdırıcı normativ aktlar qəbul edilməlidir», – deyə BVF-də hesab edirlər.

Vergi-büdcə siyasəti neftin qiymətinin dəyişməsindən ayrılmalıdır.

«Qeyri-karbohidrogen iqtisadiyyatın və dövlət xərclərinin güclü artımı 2012-ci ildə tələbat tərəfdən təzyiqə səbəb ola bilər. Karbohidrogenlərlə bağlı olmayan kəsir azaldılmalıdır. İl ərzində dövlət xərclərinin icrası daha az qeyri-müəyyən və daha müntəzəm olmalıdır», – deyə Fond bildirir.

BVF-nin fikrincə, hakimiyyət başa düşür ki, ortamüddətli vergi-büdcə konsolidasiyası zəruridir. Amma infrastruktur sahəsində dövlət resurslarına ehtiyac və bu günkü başqa layihə xərcləri uzunmüddətli mülahizələrə mane olur. Qeyri-neft vergi-büdcə siyasətinin maliyyə davamlılığı 2011-ci ildə pisləşib, 2012-ci ilin büdcəsi vəziyyəti ağırlaşdıra bilər.

«Büdcə konsolidasiyasına indi başlanmalıdır, ortamüddətli perspektivdə əsaslı xərclərin azaldılması və qeyri-karbohidrogen gəlirlərin artırılması üçün mühüm imkanlar var. Bu istiqamətdə səylərə dəstək üçün hakimiyyət illik oriyentir kimi karbohidrogenlərlə bağlı olmayan büdcə kəsirinin azaldılmasından istifadə edə bilər. Onlar dövlət investisiya layihələrinin seçimi və qiymətləndirilməsinin əsasında duran prosesi gücləndirməlidir», – deyə BVF-də hesab edirlər.

Fondda hesab edirlər ki, tələb tərəfindən təzyiq olsa, məzənnə kursuna çeviklik verməklə pul-kreit siyasətinin sərtləşdirilməsi də zəruri ola bilər.

«De-fakto sabitləşdirilmiş mübadilə məzənnəsi pul-kredit siyasətinin məhdud səmərəliliyinə gətirib çıxarır. Daha geniş mübadilə məzənnəsi zolağından istifadə etməklə mübadilə məzənnəsinə daha çox çeviklik verilməsi inflyasiyanı cilovlamağa kömək edər və buna faiz dərəcəsi kimi başqa pul-kredit siyasəti alətləri əlavə oluna bilər. Amma valyuta məzənnəsindən dövlət xərclərinin qeyri-müəyyən və qeyri-bərabər strukturunun şoklarının udulması üçün istifadə edilə bilməz. Pul-kredit siyasətini gücləndirmək lazımdır ki, orta perspektivdə inflyasiyaya daha yaxşı müqavimət göstərmək mümkün olsun. Mərkəzi Bank müvafiq infrastrukturun işlənməsinə köməyə əlavə kimi dövlət proqramları ilə pul-kredit və valyuta siyasətinin əlaqəsini yaxşılaşdırmalıdır», – deyə BVF bildirir.

Onun fikrincə, maliyyə sektorunun zəifliyi məsələsi davamlı və hərtərəfli artıma dəstək üçün mühümdür. «Azərbaycan Beynəlxalq Bankı üzrə səmərəli əqd maliyyə sabitliyinə kömək edəcək, maliyyə sektorunun transformasiyasına yardım edəcək, resurslarını oyadacaq, səmərəsini artıracaq. Bərabər şərait yaradılması və rəqabətin artırılması üçün AMB-nin payı azaldılmalı, kiçik banklar isə rəqabət qabiliyyətinin artırılması üçün birləşməyə çağırılmalıdır. Kiçik və orta sahibkarlığın maliyyəyə çıxışını gücləndirmək üçün addımlar atılmalıdır. Maraqların münaqişəsini minimuma endirmək üçün AMB dövlət müəssisələrinə yardımı zəiflətməli, maliyyə müəssisələri üçün son instansiya kreditor rolunu məhdudlaşdırmalıdır», – deyə BVF bəyan edib.

Geri qayıt