Əsas Səhifə > Sosial, Manşet > ÖLKƏ ÜZRƏ YENİ ANTİKORRUPSİYA DALĞASI GƏLİR
ÖLKƏ ÜZRƏ YENİ ANTİKORRUPSİYA DALĞASI GƏLİR10-10-2013, 10:04 |
GÖMRÜK, VERGİLƏR VƏ MƏHKƏMƏ SİSTEMİ YENİ DÖNƏMİN ƏSAS HƏDƏFİDİR DİA.AZ: - Zaman-zaman seçkidən sonra islahatların aparılacağı ünvanlarla bağlı məlumatları diqqətinizə çatdırmışıq. Bu gün da DİA.AZ yeni bilgilər əldə edib. Redaksiyamıza Nazirlər Kabinetindəki mənbələr tərəfindən ötürülən informasiyada bildirilir ki, seçkilərdən dərhal sonra, 100 günün içində çox ciddi kadr və struktur islahatlarının həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda korrupsiya ilə mübarizə müstəvisində də yeni dalğa gözlənilir. Xatırladaq ki, keçən ilin sonlarına yaxın İlham Əliyev korrupsiya ilə mübarizə işi ilə əlaqədar 3 illik fəaliyyət proqramını təsdiqləyib. Bunu xatırladan məlumatlı mənbə bildirir ki, bu günlərdə korrupsiyaya qarşı mübprizə idarəsi tərəfindən ən çox korrupsiyalaşmış dövlət qurumlarının siyahısı açıqlandı ki, bu siyahının mahiyyətini dəyişdirəcək addımlar atılacaq. Mənbə iddia edir ki, bu gün dövlət gömrük komitəsi, vergilər nazirliyi və hüquq-mühafizə orqanları, məhkəmə sistemi ən çox korrupsiyalaşmış ünvanlar kimi diqqətə gəlməkdədir. Elə buna görə də Dövlət Gömrük Komitəsinin yüksək ranqlı əməkdaşlarının belə korrupsiya ittihamının hədəfinə çevrilməsi gözlənilir: «Dünənə qədər gömrük, vergi, məhkəmə işçiləri sanki toxunulmazlıq statusuna malik idilər. Halbuki neçə polis əməkdaşı bu ittihamla işdən atılmışdı. Və hətta yüksək rütbəli polis işçilərindən rüşvət ittihamı ilə həbs olunanlar da var. Amma gömrük, vergi və məhkəmə işçiləri ən çox rüşvətə bulaşmalarının müqabilində hədəfə çevrilməyiblər ki, bu yeni dönəmin başlıca hədəfi məhz qeyd olunan dövlət qurumları olacaq». Mənbəmiz onu da əlavə etdi ki, antikorrupsiya siyasətinə paralel olaraq qeyd olunan dövlət qurumlarında ciddi kadr islahatları da həyata keçiriləcək ki, bununla bağlı gələcəkdə detallı bilgiləri diqqətinizə çatdıracağıq. Geri qayıt |