Əsas Səhifə > Dünya > HƏRBÇİLƏRƏ HÜCUM EDİLDİ

HƏRBÇİLƏRƏ HÜCUM EDİLDİ


21-01-2012, 11:47
HƏRBÇİLƏRƏ HÜCUM EDİLDİ

BİR NƏFƏR HƏRBÇİ ÖLÜB, BİR NƏFƏR İSƏ YARALANIB

Bu gün səhər İranın Xorrəmabad şəhərində motorsikletlə hərəkət edən iki naməlum şəxs yol kənarında dayanmış bir qrup hərbiçiyə odlu silahdan atəş açıb.

MEHR xəbər agentliyinin verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər hərbiçi ölüb, bir nəfər isə yaralanıb.

Lorestan ostandarının təhlükəsizlik məsələləri üzrə müavini Həsən Şəriətnejad hadisənin bu gün səhər yerli vaxtla saat 6:30 da baş verdiyini deyib.

Şəriətnejadın sözlərinə görə, hadisəni törədən şəxslər qaçıblar, onların tapılması istiqamətində axtarış-əməliyyat tədbrləri həyata keçirilir.

Hadisənin baş vermə səbəblərinin araşdırıldığını deyən Şəriətnejad ölən və xəsarət alanların sayının artacağını da istisna etməyib.

Geri qayıt