Əsas Səhifə > Sosial, Manşet > HACI İBRAHİMİN ƏLİNDƏN ÖLKƏDƏN QAÇAQ DÜŞÜR

HACI İBRAHİMİN ƏLİNDƏN ÖLKƏDƏN QAÇAQ DÜŞÜR


10-10-2013, 11:58
HACI İBRAHİMİN ƏLİNDƏN ÖLKƏDƏN QAÇAQ DÜŞÜR
YARIM MİLYON MANATA YAXIN PULU MƏNİMSƏNİLƏN SAHİBKARI DİNLƏMİRLƏR

DİA.AZ: - Tanınmış iş adamı, «Avesta» Konserninin prezidenti Hacı İbrahim Nehrəmli tərəfindən ümumi qiyməti 355 min manat dəyərində olan iki mənzilinin fırıldaq yolu ilə ələ keçirildiyini deyən, əslən Qazaxdan olan sahibkar Elşad Məmmədov Azərbaycanı tərk etmək zorundadır. Bu barədə DİA.AZ-a açıqlamasında sahibkarın özü məlumat verib.

Bu vaxta qədər müxtəlif dövlət instansiyalarına müraciət etdiyini, dövrü mətbuatda başına açılan oyunlarla bağlı davamlı şəkildə açıqlamalar verdiyini bildirən Elşad Məmmədov vurğulayır ki, pullarının mənimsənilməsi bir yana, indi də vətənində yaşaması imkansız olub:

«Məni davamlı şəkildə Hacı İbrahim Nehrəmlinin adından təhdid edirlər. Mənim 3 övladım var. Bu gün onların həyatı belə təhlükə altındadır. Qorxumdan 2-ci sinifə getməli olan oğlumu məktəbdən də yayındırmışam.

Mən əmin oldum ki, bu adamlar hər şeyə qadirdirlər. Ona görə də övladlarımın, ailəmin təhlükəsizliyi naminə hətta bu gün Azərbaycanı tərk etməyi də düşünürəm. Bu gün Azərbaycan məhkəmələri mənim pozulmuş hüququmu bərpa etmirlər, bu bir yana, özümün vətənimdə yaşamağım problemə çevrilib. Ona görə də haqqımı ölkədən kənarda aramaq zorunda qalmışam».

Sahibkar onu da bildirdi ki, hakim partiyanın üzvüdür: «Zamanında Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının təşkilatının «Göyəzən» dayaq dəstəsini yaratmışam. Mən bu seçkilərdə də prezidentimizə səs vermişəm. Yaxınlarım da bugünkü dövlət siyasətini dəstəkləyib. Amma bu gün haqqımı kimsə bərpa etmir. Hacı İbrahim Nehrəmlinin «Khazar İslands» adasını inşa etdirməsi onun üçün əlavaə güzəştlər açdığından onai qarşı qaldırılan istənilən məhkəmə iddiası geri çevrilir. Kimsə bu özbaşınalığa son qoymalıdır».

Onu da bildirək ki, yaxın günlərdə sahibkar ölkə ictimaiyyətinə üzləşdiyi durumla bağlı geniş müraciət yaymağa da hazırlaşır.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt