Əsas Səhifə > Siyasət, Manşet > YAP İQTİDARI ÖZÜNÜTOPARLAMA ƏRƏFƏSİNDƏ

YAP İQTİDARI ÖZÜNÜTOPARLAMA ƏRƏFƏSİNDƏ


21-01-2012, 12:25
YAP İQTİDARI ÖZÜNÜTOPARLAMA ƏRƏFƏSİNDƏ

HAKİMİYYƏT İÇİNDƏKİ KONFLİKT «OCAQLARI» YATIRILIR

DİA.AZ: - İlham Əliyev hələ hakimiyyətinin ilk günlərində iqtidariçi savaşlara çox sərt mövqedə dayandığını nümayiş etdirməyə başladı. Və nəticədə sərt cəzaları da işə saldı. Amma buna rəğmən yenə də məmurların savaşı barədə mətbuata davamlı olaraq xəbərlər gəlməkdədir.

Bir neçə il əvvəl nazir olarkən hazırki Təhsil Naziri Misir Mərdanovla savaşan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev prezidentin xəbərdarlıqlarına qulaq asmadı və bunun bədəlini Belorusiyaya «mədəni sürgünlə» ödədi. Hətta Əli Nağıyevin bu hikkəsi, İlham Əliyevin «siyasətlə məşğul olmaq istəyirsinizsə, istefa verin» çağırışına uymaması ona yaxın şəxslərin, habelə qardaşının da vəzifəsini itirməsi ilə nəticələndi.

Eynilə bir neçə il əvvəl Dövlət Gömrük Komitəsinə rəhbərlik edən Kəmaləddin Heydərova qarşı çıxan keçmiş iqtisadi inkişaf naziri də iç savaşa həddən-ziyadə meyilli olması səbəbindən nəinki vəzifəsini, hətta azadlığını da itirdi.

Br sözlə, İlham Əliyev bu kimi addımları ilə sübuta yetirdi ki, o, hansısa iç toqquşmanın «çiçəklənməsində» maraqlı denyil və bu, onun idarəetmə prinsipləri ilə tərsmütənasibdir.

Lakin buna baxmayaraq bu gün bir-biri ilə mehribancasına kəlmə kəsən iki məmuru aşkarlamaq əməlli-başlı çətin iş hesab olunur. Bir-birinə qarşı amansız rəqabət aparan hakimiyyətiçi qruplaşmalar böyük pullar uğrunda apardıqları savaşda hətta ümumiqtidar maraqlarını belə təhlükə altına atırlar. Bunun isə hakim komanda üçün ciddi siqnal əhəmiyyəti daşıdığı məlum olub.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia-az.life) məlumatlandıran Nazirlər Kabinetindəki mötəbər mənbə idda edir ki, məmurlara iç savaşın durdurulması barədə qəti xəbərdarlıq edilib: «Yenə də cəza maşını işə düşə bilər. Artıq yuxarıların «taranması» dönəmi yetişib. Və bu işdə birbaşa olaraq prezidentin maraqlı olduğu bildirilir».

Mənbəmizə görə, hazırda bir-birilə nifaqda olan məmurlara prezident tərəfindən ismarıc yollanılıb: «Bu, ilk mərhələdir. Sonra onların hər biri ilə söhbət aparılacaq. Və əgər nəticə hasil olmazsa, o zaman günahkar kimi müəyyən olunan tərəf çıxdaş ediləcək».

Mövzu diqqətimizdədir…


Geri qayıt