Əsas Səhifə > Siyasət, Manşet > CAVİD QURBANOVUN SÖNMƏKDƏ OLAN UĞUR GÜNƏŞİ
CAVİD QURBANOVUN SÖNMƏKDƏ OLAN UĞUR GÜNƏŞİ11-10-2013, 09:40 |
ASC PREZİDENTİ ELDAR HƏSƏNOVLA EYNİ İTTİHAMIN HƏDƏFİNƏ ÇEVRİLİB DİA.AZ: - Son günlər adı bir çox qalmaqallarda hallanan, amma bu barədə hələ də hər hansı açıqlama vermək istəməyən «Azəryolservis» ASC-nin prezidenti, deputat Cavid Qurbanovun hazırki durumunun qibtəolunası olmadığını söyləsək, yanılmarıq. Elə DİA.AZ-a daxil olan informasiyalar da deputatın başının qalda olması barədə təəssürat yaradır. Hökumət içindəki mənbələr bildirir ki, bu gün Cavid Qurbanov ciddi basqı altında olsa da, himayədarlarının olması səbəbindən hələ də müqavimət göstərməkdədir: «Təbii ki, onun gedişinə nail olmaq istəyənlər ortaya yetərincə ciddi faktlar qoyublar. Doğrudur, indiki şəraitdə hansısa nüfuzlu dövlət məmurunun kənar qüvvələrlə şübhəli əlaqələrinin olması ittihamı ilə «vurulması» hakim düşərgənin özü üçün də sərfəli deyil. Digər yandan da Cavid Qurbanov ciddi şəkildə müdafiə olunur. Və bu da onun müəyyən əlaqələr qurmasının nəticəsidir». Mənbəmiz iddia edir ki, amma istənilən halda ASC prezidentinin müqaviməti sındırılacaq: «Ən azından ona görə ki, o, çox ciddi çevrələrin hədəfindədir. Buna səbəbsə illər əvvəl baş verən bir hadisə olub. Həmin zaman Cavid Qurbanovun ən yaxın adamlarından biri həmin nüfuzlu məmura qarşı addımlar atıb. Doğrudur, o zaman ASC prezidenti bu yanlışının cəzasını aldı. Adamını belə mövqeyində qoruya bilmədi. Amma bunun özü belə Cavid Qurbanovla haqq-hesabın çürüdülməsi üçün fürsət gözləyən qəzəbli məmur üçün yetərli olmadı». Xatırladaq ki, keçən ay həbs olunan «Bizim Yol» qəzetinin əməkdaşı, «moderator.az» portalının direktoru Pərviz Həşimlinin işi ilə əlaqədar da Cavid Qurbanova ciddi problemlər yaradıla biləcəyi haqda dövrü mətbuatda müəyyən xəbərlər yayılıb. Bu barədə baş verənləri diqqətlərə təkrar çatdıran mötəbər mənbə DİA.AZ-a bildirir ki, artıq Cavid Qurbanov-Eldar Həsənov cütlüyü üçün kifayət qədər ciddi kompramatlar toplanılıb: «Bunun üçün seçkilərin bitməsi gözlənilirdi. Yəni faktlar üzrə hərəkətə keçirilmə anı yetişib. ASC prezidentinin müqaviməti etərli olmazsa, onun hətta həbsi belə qaçılmazdır. Çünki bütün addımlar məhz buna hesablanıb. Hər halda, Cavid Qurbanov yetərincə yanlışlara imza ata bilib». Onu da bildirək ki, bu və digər suallarımıza cavab üçün Cavid Qurbanovun mövqeyini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik. Amma yenə də cəhdlərimizi davam etdirəcəyik. Geri qayıt |