Əsas Səhifə > Dünya > TÜRKİYƏNİN ERMƏNİSTANA BAXIŞI DƏYİŞMƏYİB

TÜRKİYƏNİN ERMƏNİSTANA BAXIŞI DƏYİŞMƏYİB


11-10-2013, 09:43
TÜRKİYƏNİN ERMƏNİSTANA BAXIŞI DƏYİŞMƏYİB
Türkiyə-Ermənistan dialoqunun dirçəldilməsi üçün işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması lazımdır. Trend-in cümə günü "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsveç XİN rəhbəri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dörd il əvvəl Ankara Yerevanla dialoq aparmağa çalışdı, lakin danışıqlar Ermənistan tərəfinin günahı üzündən kəsildi.
O, həmçinin əlavə edib ki, Ankara tərəflər arasında danışıqların bərpa ediləcəyinə ümid edir.
Ə.Davudoğlunun söslərinə görə, Türkiyə-Ermənistan dialoqunun bərpası Azərbaycanla Ermənistan arasında danışıqlarla paralel aparılmalıdır.

Geri qayıt