Əsas Səhifə > Güney Press, Araşdırma > İYNƏ ÜSTÜNDƏ OTURAN İCRA BAŞÇILARI
İYNƏ ÜSTÜNDƏ OTURAN İCRA BAŞÇILARI11-10-2013, 10:22 |
Oktyabrın 9-da keçirilmiş prezident seçkilərindən sonra hakimiyyəti ən çox çətinə salan məsələ müxalifətin bəzi seçki dairələrində asanlıqla saxtakarlıq hallarını videogörüntüyə alması halları olub. Demokratiya.info xəbər verir ki, məhz bu səbəbdəndir ki, bu gün ölkənin aparıcı mətbuat orqanlarında və sosial şəbəkələrdə həmin görüntülər yayımlanır və bütün dünya bəzi icra başçılarının səhlənkarlığı üzündən iqtidarı qınayır. Bizə çatan məlumatlara görə, hakimiyyət dairələri artıq bununla bağlı bəzi addımlar atmağa hazırlaşır. Məlumatda deyilir ki, prezident İlham Əliyevin inaqurasiyasına kimi rəsmi qurumlar çoxsaylı «ÇP»lər buraxmış rayonlar və onların rəhbərlərindən ibarət siyahı hazırlayacaq. Andiçmədən sonra isə həmin məmurlarla hesablaşmağa başlayacaqlar. Bəzi rayonlardan gələn xəbərlərə görə, artıq bir çox icra başçısı tikan üstündə oturmuş vəziyyətdədir. Çünki onların rəhbərləri olduqları rayonda qeydə alınmış «ÇP»lərin sayı həddindən artıq çoxdur. Geri qayıt |