Əsas Səhifə > Partiya > MİLLİ ŞURA KÜTLƏVİLİYİ ARTIRIR
MİLLİ ŞURA KÜTLƏVİLİYİ ARTIRIR11-10-2013, 13:58 |
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərargahının həmsədri Arif Hacılı “Media forum”a deyib ki, oktyabrın 11-də Bakının Yasamal rayonunda keçirəcəyi mitinqə hazırlıq davam edir: “Şüarlar artıq məlumdur. “Azad seçki”, “Hakimiyyətin mənbəyi xalqdır” və digər şüarlar səslənəcək. Aksiyaçılar 9 oktyabr seçkisində baş verən qanun pozuntuları və saxtakarlıqlar barədə məlumatlandırılacaq. Biz mitinqdə 10 min nəfərin iştirakını planlaşdırırıq, amma daha çox adam da gələ bilər”. Oktyabrın 11-də Müsavat Partiyasının qərargahında Cəmil Həsənlinin vəkilləri və səlahiyyətli nümayəndələri ilə görüşdə mitinq müzakirələri də aparılıb. Təşkilati-texniki məsələlər, aksiyada kimlərin çıxış edəcəyi, aparıcının kim olacağı dəqiqləşdirilmək üzrədir. Geri qayıt |