Əsas Səhifə > Cəmiyyət, Manşet > ETİBAR ƏLİYEV NECƏ OLDU Kİ AZADLIĞA ÇIXA BİLDİ

ETİBAR ƏLİYEV NECƏ OLDU Kİ AZADLIĞA ÇIXA BİLDİ


11-10-2013, 15:52
ETİBAR ƏLİYEV NECƏ OLDU Kİ AZADLIĞA ÇIXA BİLDİ
“TEXNİKABANK” İŞİ İLƏ BAĞLI ŞOK FAKTLAR

DİA.AZ: - Müəmmalı şəkildə həbsdən azaqd edilən «TexnikaBank»ın Müşahidə Şurasının rəhbəri Etibar Əliyevlə bağlı redaksiyamıza çox ilginc faktlar daxil olub. Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılan bankir külli miqdarda yeyintidə və «obnaliçka» əməliyyatında - çirkli pulların «yuyulmasında» ittiham olunsa da, sonradan “səhhəti ilə əlaqədar” azadlığa buraxıldı və məhkəmə istintaqını da azadlıqda yola verməkdədir. Amma sonradan bəlli oldu ki, sən demə Etibar Əliyev hələ də “TexnikaBank”da ciddi pay sahibidir və bu gün də bank üzərində hpkmranlıqlarını qorumaqdadır.

Redaksiyamızın mötəbər mənbələrdən əldə etdiyi informasiyalardan aydın olur ki, araşdırmalar zamanı Etibar Əliyevin bir neçə il ərzində həyata keçirdiyi qanunsuz bank əməliyyatları da ifşa olunub. Məlumatlı mənbə DİA.AZ-a bildirib ki, Etibar Əliyev və «TexnikaBank»ın bir neçə filialının rəhbəri Bakı şəhərindəki kimsəsizlərin («bomj»ların) adından istifadə edərək külli miqdarda qazanc əldə ediblər.

Mənbənin söylədikləri: «Məlum olub ki, kimsəsz insanlar ilk əvvəl normal görüntüyə gətirilib. Yəni onlar üzləri qırxılıb, hamamlandırılıb və bahalı geyimlərlə təmin olunduqdan sonra adlarına şirkətlər, MMC-dər təsis edilib və bunun da ardından həmin kimsəsizlər şirkət rəhbəri kimi «TexnikaBank»ın filiallarında təqdim olunaraq müxtəlif sənədləri imzalayıblar. Nəticədə təxminən 10 milyon manata yaxın vəsait mənimsənilib və ayrı-ayrı məmurların qeyri-qanuni yollarla əldə etdikləri pullar «təmizə çıxarılıb». Və artıq bu işlə bağlı kifayət qədər cidd faktlar ortaya çıxıb. Həm də məlum olub ki, hüquq-mühafizə orqanları zamanında bu işlərdən bəzilərinin izinə düşsə də, həmin kimsəsiz insanlar günahkar kimi təqdim olunub və onlar məsuliyyətə gəlb ediliblər».

Mənbəmiz bildirir ki, hazırda 30-dan artıq kimsəsiz şəxs ayrı-ayrı cəzaçəkmə müəssisələrində bir şirkət sahibi kimi cəza çəkirlər: «Onların bəzilərinin ifadələri də alınıb və məlum olub ki, bu adamların ümumiyyətlə, bəzilərinin heç yazı yazma qabiliyyətləri də yox imiş. Amma «TexnikaBank»ın sənədlərində həmin şəxslər az qala dövriyyəsi 4-5 milyon dollar olan şirkətlərin sahibləri kimi təqdim olunublar».

Bu arada DİA.AZ-a daxil olan məlumatların birində isə vurğulanır ki, Etibar Əliyev “TenxikaBank”dakı 15 faizlik payını da itirib. Mənbə iddia edir ki, sabiq bankir məhz b8unun müqabilində azadlığa çıxıb.

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt