Əsas Səhifə > Partiya > SOÇİ GÖRÜŞÜ SİMVOLİKDİR
SOÇİ GÖRÜŞÜ SİMVOLİKDİR21-01-2012, 13:13 |
“BU DANIŞIQLARDAN HEÇ NƏ GÖZLƏMİRƏM” Yanvarın 23-də Soçidə Rusiyanın dövlət başçısı Dmitri Mevedevin vasitəçiliyi ilə keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən münaqişənin həlli istiqaməində hər hansı irəliləyiş gözləmirəm. Bunu politoloq Ərəstun Oruclu bildirib. O vurğulayıb ki, hazırda bu regionda, Rusiyada və Yaxın Şərqdə cərəyan edən proseslər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanda həllinin mümkünlüyünü arxa plana salır və ümüd etməyə əsas vermir. Politoloq deyib: "Dmitri Medvedevin prezidentlik səlahiyyətlərinin başa çatmasına az vaxt qalır. Ondan sonra hakimiyyətə indiki baş nazir Vladmir Putinin gələcəyi hələ məlum deyil. Bu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkün olmasına inanmıram. Çünki, bunun baş verməsi çox amillərdən asılıdır". Geri qayıt |