Əsas Səhifə > Dünya > SURİYADA VƏHABİLƏR 7 NƏFƏRİ GİROV GÖTÜRÜB
SURİYADA VƏHABİLƏR 7 NƏFƏRİ GİROV GÖTÜRÜB14-10-2013, 12:01 |
İdlibdə Qırmızı Xaç Komitəsinin 7 üzvü radikal silahlılar tərəfindən oğurlanıb. SalamNews-un “Reuters”ə istinadla verdiyi xəbərə görə, bu barədə komitənin Beynəlxalq komitəsi xəbər verib. Qırmızı Xaç Komitəsinin sözçüsü Evan Vatson deyib ki, oğurlanan şəxslərlə əlaqə mümkün deyil və onların azad olunmasını tələb edirik. Bu arada radikal silahlılar Dirazzurda daha bir çinayət törədiblər. Yerli fəalların məlumatına əsasən, radikal silahlılar əyalətin əl-Bəsirə qəsəbəsində sufi alimi Şeyx İsa Əbdulqadirin məqbərəsini partladıblar. Partlayışın İraq və Şamda İslam Dövləti (DAİŞ) qruplaşması tərəfindən törədildiyi bildirilir. Geri qayıt |