Əsas Səhifə > Sosial, Manşet > ŞOK: BAKIDA DONMUŞ BALIQ BİZNESİNƏ KİM NƏZARƏT EDİR?
ŞOK: BAKIDA DONMUŞ BALIQ BİZNESİNƏ KİM NƏZARƏT EDİR?14-10-2013, 12:44 |
BU BİZNES XƏTTİ MÜXALİFƏTİN TANINMIŞ LİDERİNİN NƏZARƏTİ ALTINDA DİA.AZ: - Redaksiyamıza maraqlı bir informasiya daxil olub. Hökumət içindəki mötəbər mənbə müxalifətin çox tanınmış simalarından biri olan nüfuzlu lideri haqqında ilginc faktları açıqlayıb. Bildirək ki, DİA.AZ-a ötürülən məlumatın dəqiqliyinə şübhə yoxdur və bu məlumat bir neçə mənbədən təsdiqlənməklə yanaşı, həm də yerində araşdırılıb. Sadəcə olaraq həmin müxalifətçi liderin kimliyi barədə sırf olaraq verdiyimiz xəbərin hansısa siyasi maraq kəsb etməməsi və hansısa siyasi qüvvə üçün əlavə söykənəcəyə çevrilməməsi üçün dolğun bilgiləri özümüzdə saxlayırıq, və liderin kimliyini açıqlamırıq. Beləliklə, keçək məlumata. Mötəbər mənbənin bildirdiklərindən belə anlaşır ki, bu gün siyasətdə kifayət qədər samballı fiqur hesab olunan müxalifətçi lider əslində hakimiyyətin ayrı-ayrı qolları ilə sıx təmasda imiş və bunun da nəticəsində həmin liderə bir neçə maliyyə qaynağı da yaradılıb. Mənbənin söylədikləri: «Həmin müxalifət liderinin bacısı oğlu hazırda ölkəyə ixrac olunan dondurulmuş balıq biznesinə nəzarət edir. Təbii ki, belə bir xətti nəzarət altında saxlamağın aylıq qazancının ən azından 200-300 min manat olduğunu nəzərə aldıqda, sözügedən müxalifətçi liderin hansı əhəmiyyətdə etimada layiq görüldüyünü söyləmək olar». Onu da bildirək ki, daha bir neçə müxalifətçi ilə bağlı da redaksiyamıza maraqlı informasiyalar ötürülüb və həmin faktları yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin… Geri qayıt |