Əsas Səhifə > Şou-biznes > GƏNC MÜĞƏNNİ "BU SEVGİ"YƏ YENİ CAN VERDİ

GƏNC MÜĞƏNNİ "BU SEVGİ"YƏ YENİ CAN VERDİ


17-10-2013, 09:39
GƏNC MÜĞƏNNİ "BU SEVGİ"YƏ YENİ CAN VERDİ
Müğənni Günay İbrahimli “Bəxt üzüyü” filminin sevilən “Bu sevgi” mahnısını ifa edib.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Vahid Əzizə, musiqisi isə Eldar Mansurova aiddir. “Bu sevgi”ni ilk dəfə “İctimai” telekanalda yayımlanan “Ötən əsrin nəğmələri” verilişində səsləndirən Günay mahnının onun ifasında da seviləcəyinə inanır:

“İlk dəfə bu mahnını həmin verilişdə səsləndirdim. Çox xoşuma gəldi. Ən sevdiyim filmdən, bəyəndiyim bir xanımın ifasıdır. Dostlarım da "Bu sevgi"ni repertuarıma daxil etməyimi istədilər. Bu yaxınlarda daha bir verilişdə oxudum, maraqla qarşılandı”.



Geri qayıt