Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏDƏ QARDAŞ ÇAĞIRIŞI

BƏŞƏR ƏSƏDƏ QARDAŞ ÇAĞIRIŞI


23-01-2012, 12:16
BƏŞƏR ƏSƏDƏ QARDAŞ ÇAĞIRIŞI

ƏRƏB LİQASI SURİYA LİDERİNƏ MÜRACİƏT ETDİ

Ərəb Dövlətləri Liqası Suriya prezidenti Bəşər Əsədə yeni təklif verib. “Media forum” saytının məlumatına görə, qurumun xarici işlər nazirlərinin yanvarın 22-də keçirilən toplantısında Bəşər Əsədə səlahiyyətlərini müavininə - baş nazirin birinci müavini Faruq əl-Şəraya təhvil vermək, milli etimad hökuməti yaratmaq və demokratik seçki keçirmək məsləhət görülüb. Plan dəstək verilməsi üçün BMT-yə təqdim olunacaq.

2011-ci il martın 15-dən Suriyada xalq üsyanı gedir. İndiyəcən 5 mindən çox adam ölüb. Əsas tələb prezident Bəşər Əsədin istefasıdır. O, hakimiyyətə 2000-ci ildə gəlib. 1971-ci ildən 2000-ci ilədək isə Suriyaya onun atası Hafiz Əsəd rəhbərlik edib.

Suriya prezidenti Bəşər Əsədin istefası tələbini həm siyasi, həm də hərbi müxalifət irəli sürür. Siyasi müxalifət Suriya Milli Şurasında, hərbi müxalifət isə Azad Suriya Ordusunda (müxalifət tərəfə keçmiş zabit və əsgərlərdən təşkil olunub) birləşib.


Geri qayıt