Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISI BÜDCƏNİ BELƏ DAĞIDIR
İCRA BAŞÇISI BÜDCƏNİ BELƏ DAĞIDIR17-10-2013, 11:53 |
Xocavənd rayonuna daxil olan dövlət vəsaitləri yolların təmiri və icra nümayəndələrinə müxtəlif avadanlıqlar alınması adı altında icra başçısı Eyvaz Hüçeynov tərəfindən mənimsənilir. Bu barədə Xocavənd rayonundan Pia.az-a daxil olan məlumatda bildirilir ki, i2013-cü ildə Xocavənd Kommunal Müəssələr Kombınatına yolların təmir işlərinin satın alinması üçün 115 min manat vəsait ayrılıb və həmin vəsait «Ural» MMC-yə köçürülüb. Mənbə bildirir ki, «Ural» MMC Eyvaz Hüseynovun ən yaxın adamlarından birinə məxsusdur. Məlumatda göstərilir ki, Eyvaz Hüseynov Xocavənd rayon yeni və köhnə Xocavənd qəsəbələrinin küçələrinə bir neçə maşin qrabil tökməklə yuxarıda göstərilən vəsaiti sənədləşdirərək mənimsəyib. Bildirilir ki, Kommunal Müəssələr Kombınatinin rəisi Eyvaz Hüseynovun yaxin qohumudur və başçi Xocavənd rayonu üçün ayrilan təmir tikinti işlərinin çoxsunu məhz yaxın qohumunun rəhbərlik etdiyi bu müəsisə ilə həyata keçirir. Bundan basqa məlumatda həmçinin göstərilir ki, Kommunal Müəssələr Kombınatı azqiymətli maların satın alınması üçün «Yelkən» MMC yə 40 min manat vəsait köçürüb.Məlumatli şəxs qeyd edir ki, alınan mallların qiymətləri bir neçə dəfə şişirdilib. Sənədləşmədə azqiymətli mallar yazılma səbəbini isə mənbə onunla izah edir ki, cox qiymətli mallar yazılsa, o zaman ayrılan vəsaitin silinməsi çətinləşər. Çünki artıq cox qiymətli mallar əsas vəsaitə çevrilir və bu əsas vəsaiti silmək çətinlik yaradır. Məlumatli şəxs Eyvaz Hüseynovun başqa bir maxinasiyası haqqında məlumat verərək bildirir ki, icra başçısı Əmralılar, Kurapatkin, yeni Xocavənd, Xocavənd Kənd və başqa qəsəbə və kəndlərin nəzdində adı var özü olmayan uşaq bağçalarının adına yerli maliyyə idarəsindən hər il yuz min manatlarla vəsait ayırtdırır. Əslində isə adı olub özü olmayan uşaq bağçaları bir başa Eyvaz Hüseynovun öz şəxsi təşəbbüsü ilə yaradılıb və heç bir fəaliyyət növü yoxdur. Ancaq sənədlələrdə bağçaların bütün şəxsi heyyətinin hatta normativdən daha çox uşagın adının yazıldıgı görünür. İcra başçısı Xocavən rayonunda fəaliyyət göstərən bütün idarə müəssisələrlə maxinasiya əməliyatina nəzarəti şəxsən özü həyata keçirir..Yəni idarə müdirinin həyata kecirdiyi köçürmə əməliyyatlarında Eyvaz Hüseynovun payi tamam fərqlidir. Həmçinin məlumatda o qeyd olunur ki, icra başçısının başqa bir maxinasiya yuvasi Xocavən Rayon Mərkəzi xəstəxanasıdır.Baş həkimlə isti münasibətlərinin oldugu bildirilən başçının büdcədən ayrılan külli miqdarda vəsaitləri birlikdə mənimsəyirlər.Qeyd edək ki, Xocavənd xəstəxanasında baş verən maliyyə maxinasiyalı ilə baglı mənbə ciddi faktlar açıqlayıb. Həmin məlukmatları dəqiqləşdirdikdən sonra ictimayyətin diqqətinə təqdim edəcəyik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |