Əsas Səhifə > Sosial, Manşet > BAKIDA 300-Ə YAXIN MƏMUR İŞDƏN QOVULUR

BAKIDA 300-Ə YAXIN MƏMUR İŞDƏN QOVULUR


17-10-2013, 12:17
BAKIDA 300-Ə YAXIN MƏMUR İŞDƏN QOVULUR
HAKİMİYYƏT İSLAHATLARA GEDİR: BÜDCƏYƏ QƏNAƏT EDİLMƏSİ GÖZLƏNİLİR

DİA.AZ: - Məlum olduğu kimi, Nazirlər Kabinetinin heyətində ciddi dəyişikliklər gözlənilir. Bu barədə artıq müxtəlif KİV-lərdə müxtəlif qaynaqlardan sızan fərqli-fərqli informasiyalar yayılmaqdadır.

DİA.AZ-ın əldə etdiyi bilgilərdən isə aydın olur ki, gözlənilən kadr islahatları ilə yanaşı, həm də struktur islahatlarının, habelə ixtisarların da həyata keçirilməsi planlaşdırılır. Məlumatlı mənbənin söylədikləri:

«Ayrı-ayrı nazirliklərdə, dövlət komitələrində, dövlət xidmətlərində təxminən 300-ə yaxın ştatın artıq olduğu müəyyənləşdirilib. Əslində bu fakt hökumətə çoxdan bəlli olsa da, həmin ştatların ləğvi məhz bu dönəmə nəzərdə tutulub».

Mənbə iddia edir ki, əsasən nəqliyyat nazirliyinin strukturlarında «büdcəni boşuna yeyən» 60-dan artıq ştat mövcuddur: «Həmin ştatlar da bu dönəmdə ləğv ediləcək. Bütün bu proses nəticəsində isə dövlət büdcəsinə bir ay üçün ən azından 150 min manat qazandırılmış olacaq».

Təbii ki, ixtisara düşən məmurların da aqibətlərinə indidən aydınlıq gətirilir: «Həmin işçilər isə yaş senzi ilə əlaqədar təqaüdə göndəriləcək kadrların yerinə gətiriləcək. Bu yöndə də müəyyən tədarüklər var».

Geri qayıt