Əsas Səhifə > Partiya > MÜSAVAT MERİYADAN CAVAB GÖZLƏYİR

MÜSAVAT MERİYADAN CAVAB GÖZLƏYİR


23-01-2012, 12:51
MÜSAVAT MERİYADAN CAVAB GÖZLƏYİR

“ALTERNATİV YER MƏSƏLƏSİ SONRA MÜZAKİRƏ OLUNACAQ”

Musavat Partiyası mart ayının əvvələrində keçirilməsi əzərdə tutulan qurultaya yer ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən məktuba cavab verilməsini gözləyir. Partiyanın başqan müavini Gülağa Aslanlı Modern.az saytına deyib ki, qurultayın Əl Oyunları İdman Sarayında keçililməsini çox istəyirlər: “Məhz həmin sarayın qayrılması üçün ötən həftə meriyaya müraciət etmişik. Məktubumuza hələ ki cavab verilməyib”.

Əl Oyunları sarayına razılıq verilməyəcəyi təqdirdə alternativ yer məsələsinə gəldikdə, G. Aslanlının sözlərinə görə, bu məsələ yalnız meriyanın cavabından sonra müzakirə oluna bilər.


Geri qayıt