Əsas Səhifə > Şou-biznes > "BİZDƏ PEŞƏKAR REJİSSOR YOXDUR”

"BİZDƏ PEŞƏKAR REJİSSOR YOXDUR”


23-01-2012, 13:04
"BİZDƏ PEŞƏKAR REJİSSOR YOXDUR”

AYGÜN KAZIMOVA YERLİLƏRİ BƏYƏNMİR

Xalq artisti Aygün Kazımova yerli telekanallardan birinə açıqlamasında yerli və əcnəbi rejissorların işindəki fərqdən danışıb.

Day.Az xəbər verir ki, A.Kazımova onların işləri arasında böyük fərqin olduğunu söyləyib və yerli rejissorların ünvanına sərt ittiham səsləndirib:

"Bizdə peşəkar rejissor yoxdur. Bir vaxtlar onlarla işlədik və rejissorlarımızın bir çoxu bizim hesabımıza məşhur oldular. Amma mən inkişaf etməyi sevirəm. Mənim üçün keyfiyyət və səviyyə ilə yanaşı, klipim üzərində işləmiş şəxslərin adı və zövqü də vacibdir. Kliplərimin xarici kliplərin formatına uyğun olmasını istəyirəm".

İfaçı son klipinin çəkilişlərinə Türkiyədən çəkiliş qrupunun gəldiyini, onlarla işləməkdən zövq aldığını söyləyib. "Düşün məni" və "Səssiz sinema" mahnılarının kliplərinə 70 mindən artıq pul xərclədiyini söyləyən A.Kazımova çəkiliş qrupunun Azərbaycana 2 tonluq aparatura gətirdiyini deyib:

"Bizim rejissorlardan fərqli olaraq, onlar geyimimi də özləri seçdi, mənimlə mağazaları gəzdilər. Hətta dırnaqlarımın uzunluğuna da nəzarət edirdilər. Özümü ulduz, diva hiss edirdim".


Geri qayıt