Əsas Səhifə > Dünya > TÜRKİYƏ SURİYA İLƏ SƏRHƏDDİNDƏ SƏDD TİKMİR
TÜRKİYƏ SURİYA İLƏ SƏRHƏDDİNDƏ SƏDD TİKMİR18-10-2013, 10:51 |
Türkiyənin daxili işlər naziri Müəmmər Gülər Suriya ilə sərhəddə divarın tikintisi ilə bağlı yayılan məlumatları təkzib edib. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir. Onun sözlərinə görə, Türkiyə-Suriya sərhədində Türkiyə vətəndaşlarının sərhəddə minalanmış ərazilərə keçməsinin qarşısını almaq məqsədilə maneə tikilir. Xatırladaq ki, ötən gün Türkiyənin Suriya ilə sərhəd ərazilərində bu ölkədən olan insanların sərhədi qeyri-qanuni yolla keçmələrinin qarşısını almaq məqsədilə divar tikintisinə başlamasına dair məlumatlar yayılıb. Geri qayıt |