Əsas Səhifə > Sosial, Manşet > YAP ÜZVÜ BAŞÇINI YEYİNTİDƏ İTTİHAM ETDİ

YAP ÜZVÜ BAŞÇINI YEYİNTİDƏ İTTİHAM ETDİ


18-10-2013, 11:01
YAP ÜZVÜ BAŞÇINI YEYİNTİDƏ İTTİHAM ETDİ
DİA.AZ: - Saytımızın elektron ünvanına Siyəzən Raoyun İcra Hakimiyyətinin başçısı Arif Qasımovu maliyyə maxinasiyalarında ittiham edən şikayət ərizəsi daxil olub. DİA.AZ bildirir ki, bu barədə xeberci.org portalı məlumat yayıb.

Ərizənin önəmini artıran məqam budur ki, şikayətçi hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Onun iddialarının hələlik nə qədər əsaslı olub-olmadığını deyə bilməsək də, şikayət ərizəsini olduğu kimi sizlərə təqdim edirik.

“Əgər siz də paytaxdan əyalətlərə səfər etsəniz, xüsusiylə Siyəzənə yolunuzu salsanız görərsiniz ki, bu rayonda inkişafdan əsər-əlamət yoxdur. Baxmayaraq ki, Arif Qasımov Məşrif yolunun təmiri üçün dövlət büdcəsindən 1 milyon 961 min manat pul ayıtdıra bilib, lakin həmin yolun təmirinə cəmi 356 min manat vəsait sərf olunub. Qalan pulları isə başçı hara sərf edib bilmirik. Yaxın ətrafına deyib ki, Siyəzəndə YAP-ın binasınin tikinti-təmir işlərinə guya cibindən pul xərcləyib və həmin pulu ordan çıxarıb. Bu tikinti işini formal olaraq "Exiles-STS" şirkətinin adına yazıblar. Başçı bu şirkətə daha sonra mükafat kimi 553 min manatlıq daha bir yol təmiri işini verib. Amma həmin pulun hansı yola xərcləndiyinə dair heç bir sübut tapa bilmədim. Arif Qasımov yəqin bu pulu da özünə götürüb.

Bundan əlavə başçı Əzimov Sədulla Aydın oğluna müxtəlif məqsədlər adı altında 4 iriməbləğli tender qazandırıb. Bu tenderlərin ümumi məbləğinin 43 min manatdan çox olduğu deyilir. Rayonda bildirirlər ki, başçı Prezident seçkilərindən sonra hansısa başqa rayona gedəcəyinə dair təminat alıb, ona görə pul toplayır.

Hörmətli xeberci.org, Arif Qasımova yaxınlaşıb şikayət etmək mümkün deyil. Hamını söyüb qovur. Hətta öz işçilərini də hər zaman ağır söyüşlərlə təhqir edir. İndi siz deyin, belə bir şəxsin ümummilli liderimiz Heydər əliyevin adına, onun oğlu, ölkəmizin fəxri İlham Əliyevin bütün respublikada apardığı quruculuq işlərinə mane olmasına ehtiyac varmı? Sizdən xahiş edirəm ki, Siyəzənin bu vəziyyətdə olmasına bütün ölkəyə, o cümlədən hakimiyyətə çatdırasınız. Çox sağ olun!”

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt