Əsas Səhifə > Partiya > RƏSUL QULİYEV MİLLİ ŞURADAN GEDİB, YA YOX?
RƏSUL QULİYEV MİLLİ ŞURADAN GEDİB, YA YOX?18-10-2013, 12:46 |
Bir gün öncə, oktyabrın 17-də Rəsul Quliyevin Milli Şuradan istefa verdiyi barədə məlumat yayıldı. Bu xəbəri Azərbaycanın informasiya agentliklərindən birinə Rəsul Quliyevin ölkədəki nümayəndəsi Ağasif Şakiroğlunun verdiyi bildirilirdi. Bu xəbər siyasi gündəmdə öz yerini tutdu və geniş müzakirə olundu. Amma bu gün Rəsul Quliyev xəbəri təkzib etdi. Onun nümayəndəsi Ağasif Şakiroğlu da Hafta.az-a açıqlamasında yaydığı məlumatın sadəcə özünün şəxsi mövqeyi olduğunu deyib: “Mən düşünürəm ki, artıq Rəsul Quliyev daha böyük nailiyyətlər əldə etmək üçün ACP liderliyindən istefa verdiyi kimi, bu partiyadan 2-3 dəfə böyük olan Milli Şuraya da özünü sığışdırmamalıdı. Bu baxımdan Rəsul Quliyev Milli Şurada fəaliyyətini avtomatik olaraq dayandırır. Bu barədə Rəsul Quliyev mənə bir məlumat verməyib. Bu mənim şəxsi qənaətimdi. Dünən Rəsul Quliyevin Milli Şuradan istefa verməsi haqda yaydığım məlumat onun Azərbaycandakı nümayəndəsi kimi proseslərdən çıxardığım nəticədi. Rəsul Quliyevlə Milli Şuradan çıxıb-çıxmaması haqda məsələni müzakitə etməmişik. O sadəcə ACP liderliyindən gedib. Partiya üzvlüyündən çıxıb-çıxmaması sabah bilinəcək. Bir daha deyirəm Milli Şuradan çıxmaq məsələsi haqda Rəsul Quliyevlə heç nə danışmamışam və fikirləri ilə tanış deyiləm. Bu sadəcə mənim şəxsi fikrim idi ki, Rəsul Quliyev Milli Şuradan getməlidi”. Geri qayıt |