Əsas Səhifə > Partiya > MÜXALIFƏTİN “18 OKTYABR” TƏLƏBİ

MÜXALIFƏTİN “18 OKTYABR” TƏLƏBİ


28-09-2011, 15:16
MÜXALIFƏTİN “18 OKTYABR” TƏLƏBİ

“QARABAĞ” BLOKU MÜZAKİRƏLƏR APARIB

Bu gün Ümid Partiyasının mərkəzi qərargahında “Qarabağ” Siyasi Blokuna daxil olan – Azərbaycan Demokrat və Ümid partiyalarının İdarə Heyətlərinin birgə toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən “Dünya” İnformasiya Agentliyinə (dia-az.life) daxil olan məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və “Qarabağ” blokunun fəaliyyət proqramı müzakirə olunub.

İclasda müstəqilliyin 20 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı, “Siyasi Partiyalar Haqqında Qanunun” müzakirəsinin təşkili, Blokun beynəlxalq təşkilatlara təqdimi və ölkədə fəaliyyət göstərən səfirliklərlə əlaqələrinin qurulması istiqamətində geniş müzakirələr aparılıb, qərarlar qəbul edildi. Blokun gündəlik fəaliyyətilə bağlı qərara alınıb ki, blokun İcra Aparatı yaradılsın. İctimai-siyasi vəziyyətə dair hər hansı məsələ ilə bağlı iki partiyanın vahid mövqeyi blok adından ifadə olunsun.

Toplantıda iki aprel mitinqində həbs olunanların məhkəmə prosesi, müstəqil vəkillərə qarşı hakimiyyət tərəfindən başlanan təzyiqlər də müzakirə edilib. İki aprel mitinqində həbs olunanların məhkəmə prosesinin ədalətsiz və sifarişli keçirilməsinə, müstəqil vəkillərin təzyiqlərə məruz qalmasına etiraz olaraq bəyanat qəbul olunub. Həbs olunan müxalifətçilərin və təzyiqlərlə üzləşən vəkillərin hüquqlarının müdafiəsi blokun gündəlik tədbirlər planına daxil edilib.

İclasda həmçinin müstəqillik günü - 18 oktyabrın qeyri-iş günü elan edilməsilə bağlı hökumətə təklif göndərilməsi haqda qərar qəbul olunub.


Geri qayıt