Əsas Səhifə > Güney Press, Araşdırma > AĞSTAFADA DƏRƏBƏYLİKDİR

AĞSTAFADA DƏRƏBƏYLİKDİR


18-10-2013, 16:53
AĞSTAFADA DƏRƏBƏYLİKDİR
Respublikanın ayr-ayrı bölgələrində sahinkarların hüqüqlarının kobud şəkildə pozulması hallarına hələ də rast gəlinir. Belə yaşayış massivlərindən biri də ölkəmizin qərb regionudur.

Belə ki, Ağstafa rayonunda da analoji qanun pozuntuları müşahidə olunmaqdadır. Adıçəkilən rayonun Kolxəlifəli kənd sakini Əliyrva Zərnigar Cavad qızı "azerbayaninfo.com"a bildirir ki, onun həmin kənddə onun daşdan tikilmiş birmərtəbəli mağazası var. Həmin mağaza tikildiyi vaxtdan bu günədək 3 dəfə özəlləşdirilib. Şikayətçi qey edir ki, Kolxəlifəli kənd orta məktəbi uzun illərdir istifadədə olduğundan artıq yararsız hala düşüb. Bu səbəbdən də Ağstafa Rayon İcra Hakimiyyəti köhnə məktəbi sökdürmək və əvəzində yenisini tikdirmək qərarına gəlib:

"Yeni məktəb üçün nəzərdə tutlmuş binanın tikiləcəyi ərazi artıq müəyyənləşdirilib. Amma problem ondadır ki, həmin əraziyə mənim mağazam da düşür. Tikinti işlərinə nəzarət edəcək iş icraçısı dəfələrlə mənə bildirib ki, mağazamı tərk edib və onun içərisindəki malları boşaldım. Çünki mağaza mütləq sökülməlidir. Bununla bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin göstərişi var. Mən dəfələrlə bildirmişəm ki, mənim mağazam özəlləşdirilmiş mağazadır. Yeni məktəbin tikiləcəyi əraziyə düşürsə sökülməsinə etirazım yoxdur. Amma şəxsi əmlakımın sökülməsi qarşılığında ya mənə kompensasiya ödənilməli, ya da başqa sahədə mənim üçün yeni mağaza tikilməlidir. Ancaq mənim bu təklifimi qəbul etmirlər. Deyirlər ki, mənə yalnız yeni məktəbin özündə tikiləcək mağazanı verə bilərlər. Mən də bunu istəmirəm. Çünki həmin mağaza mənim şəxsi mağazam olmayacaq və onu istədikləri zaman mənim əlimdən ala bilərlər. Ona görə də hələlik razılıq vermədiyim üçün iş icraçısı hələ də məndən mağazamı boşaltmağı tələb edir".

Zərnigar Əliyeva onu da vurğulayır ki, o, üzləşdiyi haqsızlıqla bağlı aidiyyəti qurumlara müraciət edib: "Amma hələlik müsbət cavab ala bilməmişəm".

Geri qayıt