Əsas Səhifə > Sosial, Manşet > ŞOK: İRANDAN AZƏRBAYCANA QARŞI YENİ TƏHLÜKƏ

ŞOK: İRANDAN AZƏRBAYCANA QARŞI YENİ TƏHLÜKƏ


21-10-2013, 09:34
ŞOK: İRANDAN AZƏRBAYCANA QARŞI YENİ TƏHLÜKƏ
QARABAĞ PROBLEMİNİ BƏHANƏ EDİB “FƏLƏSTİN MODEL”İNİ SIRIYIRLAR...

DİA.AZ: - Dünyanın elə nöqtələri var ki, həmin bölgələrdə digər dövlətlər tərəfindən yüzillərdir idarə olunan problemlər mövcuddur. Bunu Afrika, Güney Amerika, Uzaq Doğu və Orta Doğuda müşahidə etmək o qədər də çətin deyil. Otuz beş ildir İranda hakimiyyətdə olan dini-klerikal mollakratiya rejimi öz mövqeyini qorumaq üçün öncə “Fələsətin Problemi”ni, daha sonra, İraqda “İraq Şiələri Hərəkatı”nı, bunun ardınca “Suriya Şiələri Doktrinası”nı və Türkiyədə “Ələvi-Cəfəri Strategiyası”nı ortaya qoyub. Sırada “Qarabağ” problemini bəhanə edərək, bu dəfə Azərbaycan dövlətçiliyinə və Qafqaza nüfuz etməyi hədəf kimi planlaşdırmışdır. Bununla yanaşı, Əfqanıstan, Pakistan və Tacikstan üzrə “İrandilli” və ya “Farsdilli” doktrinaları da parallel şəkildə irəli sürməkdədir. Beləliklə fars şovinizminə dayanıqlı olaraq, eradan öncə Hindistanın Sind vadisindən parn-urdu köç dalğasının coğrafi arealında Sasani və Əhəməni kolonial ideologiyasına dayanıqlı ideoloji, sosial və dini görümdə super etons dəyərlərini rəsmiləşdirməyə çalışır. Beləliklə, qədim sami-arami panteist inanc kultunun alternativi iddialarını ortaya atmaq hədəfini seçmişdir. Halbuki, etnoloji və dövlətçilik baxımından bu proses ancaq, Türklərə məxsus iradə ilə mümkün ola bilər. Bunu qoca tarix dəfələrlə sübut etmişdir. İndiki feodal-patriarxal təfəkkürə pərçimlənmiş bölgədə Tehrandakı mollakratioya rejimi proseslərdən mümkün qədər fayadanlamaq üçün bu addımları atmağa başlamışdır. Beləliklə sanki Səlcuqlu dönəmindəki yalnışlıqlardan yenidən yararlanmağın fürsətini ələ keçirməyə çalışılır.

Qarabağ uğrunda alyans yaratmaqla İranın hədəfləri

2013-cü il 6-11 noyabr tarixində Təbriz Universitetində “Beynəlxalq Qarabağ Konfransı” keçiriləcəkdir. Konfransın baş tutması üçün İran mollakratiya rejimi tərəfindən hazırlıqlar görülmüşdür. İran kəşfiyyatı tərəfindən yemlənən, maliyyələşdirilən bir sıra qurumlar bu konfransın ən dəyərli “qonaqlar”ı qismində təmsil olunacaqlar. Ötən ilin ortalarında İran tərəfindən Bakıda yaradılmış “Azad Qarabağ Uğrunda Alyansı”na daxil olan “Qarabağ Azadlıq Təşkilatı”, “Azərbaycan İslami Müqavimət Birliyi”, “Azərbaycan İslam Partiyası”, “Qarabağ Qazilər Birliyi”, “Vətən Müharibəsi Əlillər Cəmiyyəti”, “Milli Mədəniyyətin Təbliği Cəmiyyəti”, “Əsgər Analarına Dəstək Birliyi”, “Qarabağ Müharibəsi Veteranları və Əlilləri Cəmiyyəti”, “Məşəl” Cəmiyyəti”, “Mina Qurbanlarına Dəstək Birliyi” təşkilatları bu il iyun ayının 25-29 aralığında Təbriz Universitetinin dəvəti ilə İranda səfərdə olublar. Burada İranın kəşfiyyat, hərbi, radikal islamçı və digər stukturları ilə görüşlər zamanı “Qarabağın işğalı İslam Dünyasına ağır bir zərbədir” ideyası altında Azərbaycanın Fələstinə, Bakının da Beyruta çevrilməsi, fələstinliləşdirmə strategiyası ortaya qoyulub. Guya Tehran rejiminin maddi və hərbi dəstəyi ilə Qarabağı azad etmək asan yollardan biridir. Tehran və Qum tipli mərkəzlərdən idarə olunan İran mollakratiya rejiminin strateji hədəfi Azərbaycanda “Yeni Müxalifət Hərəkatı”nı yaratmaq, daha sonra, onların yedəyində silahlı mübarizəni inkişaf etdirmək və bunun ardınca demokratik hərəkatın inkişafının qarşısını almaqdır. Çünki, belə strateji taktika ilə həm də Güney Azərbaycan Milli Hərəkatının qarşısını asanlıqla mümkün ola bilər. Tehran rejimi hələ 1991-ci ildə açıq şəkildə Qarabağla bağlı siyasi hədəflərini belə izah edirdi: “Qafqazda Azərbaycan adlı bir dövlətin quruca adı İran üçün böyük bir təhlükədir”. Digər yandan İranın Qarabağ adı altında öz çevrəsindəki dövlətlərdə savaş nöqtələrinin sayının daha çox olması hədəflərinə böyük ümid bəsləyir. 2003-cü ildə İraqda yaranmış böhrandan ən çox gəlir əldə edən məhz İran oldu. Belə ki, İraq krizisi dönəmində İran öz neftini satmaqla yüz milyardlarla dollar gəlir əldə edərək bir neçə ilin rekorduna imza atmışdı.

Quzey və Güney Azərbaycanda milli siyasətə sarsıdıcı zərbə taktikası

Quzey Azərbaycanın 23 ildir dövlət müstəqilliyini qoruyub saxlaması, bununla yanaşı, tədricən milli dövlət olmanın atributlarının sosial xarakter alması, Güney Azərbaycan siyasətində çox böyük önəm daşıyır. Güney Azərbaycan Milli Hərəkatının son 20 ildə artan xətlə inkişaf etməsi məhz bu amillə bağlıdır. Güney Azərbaycanın milliləşməsi əslində Bütöv Azərbbaycan yolunda qüdrətli yeni coğrafi düzənin yaranması deməkdir. Qloballaşan dünyada regional gücə çevrilən Türk Dünyası faktoru həm də Qərbin 19-cu yüzillikdə Hindistan üzərindən hazırladığı Orta Doğuda “paniranizm” və “panfarsizm” ideologiyasının tamamilə çöküşü deməkdir. İran mollakratiya rejiminin siyasi institutları 1985-ci ildən “paniranizm” və “panfarsizm” ideyalarının qorunub saxlanılması üçün baş sındırırlar. Bu strateji mərkəzlər keçmiş Sovetlər Birliyinin çöküşündən sonra Türküstan (Orta Asiya), Azərbaycan və Türkiyənin uzlaşması yönündə tarixi ənənələrin, eləcə də bu hədəfdə yer alan passionar etnokulturoloji dəyərlərin uzurpatorluğunun qarşısını mümkün olan bütün vasitələrələ almağa çalışırlar. Elə bu strateji hədəflərin uzantılarına hesablanmış sinergetik fəlsəfənin sosiallaşma taktikasına yetərincə miqdarda vəsait xərcləməkdə heç zaman xəsislik etməmişdir. Son 20 il ərzində İranın Qum, Məşhəd, Tehran, Mazəndaran, Yəzd, Kirman, Şiraz və digər fars şəhərlərindəki xüsusi düşərgələrdə, təhsil ocaqlarında Azərbaycandan gətirilən və onlara təhsil vermək adı ilə beyinləri yuyulan vətəndaşlardan bu gün yararlanmağa başlanılmışdır. İndi onların sayəsində bir sıra ictimai qurumlar yaratmaqla, mollakratiya rejimi mümkün qədər öz təsir dairəsini gücləndirməyə çalışır. “Azərbaycan Fədailər Dəstəsi”, “Mübariz Ruhanilər Hərəkatı”, “Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı”, “Əhli Beyit Hərəkatı”, “İmam Hüseyn Aşiqləri Hərəkatı”, “DEVAMM” (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) və digər qurumlar buna örnəkdir. Durumun belə bir məcrada dərinləşməsinin əsas günahkarlarından biri də, “Qafqaz Müsəlmanları Ali Dini Ruhani İdarəsi”nin nəzdində fəaliyyət göstərən “İslam Universiteti”dir. Burada təhsil alan Azərbaycan vətəndaşlarına real islam təhsili deyil, mövhumatla dolu, dini dəyərlər adı altında 7-8-ci yüzillikdə intişar tapan, 11-12-ci yüzilliklərdə ideoloji, mədəni və ictimai xarakter almağa başlayan, 18-19-cu yüzillikdə siyasi doktrinaya çevrilən “paniranizm” və “panfarsizm” təlimi əsasında dini görüşlər tədris olunur. İran kəşfiyyatının generalı olan, professor Məhəmməd Əli Pərgü Qarabağ məsələsinə işarə edərək belə demişdir: “İranlı, qafqazlı və dünyanın müxtəlif ölkələrindən dəvət alan mütəxəssis alimlər arasında Qarabağla bağlı yekdil fikrin formalaşması və münaqişənin həllində İranın fəaliyyətinə olan baxışlar bu gün əsas aparıcı prioritet hesab olunmalıdır. Qarabağ konfransı ilə bağlı İranın yeddi universitetinin strateji tədqiqatlar mərkəzi bu yöndə uzun müddətdir xüsusi proramlar hazırlamışdır. Biz həm də bu konfransa Güney Qafqazın mədəni və ictimai durumunda dönüş nöqtəsi kimi baxırıq”.

Etnik bölücülük taktikasındakı hədəflər

İran mollakratiya rejimi beynəlxalq birlik tərəfindən bu ölkəyə qarşı embarqoların tətbiq olunmasına görə düz üç ildir ağır böhran həddini yaşamaqdadır. Bütün bunları nəzərə alaraq, yaranmış durumudan çıxış nöqtəsi kimi, öz çevrəsində Türkiyə və Azərbaycanda demokratik və milli təsisatların çökdürülməsi taktikasından mümkün qədər yararlanmaq üçün hərəkətə keçmişdir. Bu strategiyaya eyni zamanda etnik bəölücülük hədəfləri də daxildir. Azərbaycan Respublikası ilə bağlı xüsusilə “talış” faktoruna daha çox ümid edir. Belə ki, Güney Azərbaycanla sərhəd bölgələrində yaşayan talış xalqının hüquqlarının müdafiəsi adı altında bu hədəfləri ortaya qoymuşdur. Tehran rejimi İranın Gilan vilayəti üzrə modernləşmə adı altında 7 oktyabr 2013-cü ildə dövlət büdcəsindən 2 milyard 600 milyon dollar vəsait ayırmışdır. Bu vəsaitin müəyyən qismi artıq Həştpər şəhərində yerli bankların hesabına köçürülmüşdür. Bölücü “Dağlıq Qarabağ” rejimində fəaliyyət

göstərən “Çı Tolişoni Sədo Radioyi 133 bərnomə, AM-9677” (Talışstanın Səsi), “Tehran Humanitar Araşdırmalar İnstitutu”, Rəşt şəhərindəki “Tolişi sədo” (talışın səsi) radiosu, Mərkəzi Gilanda yerləşən “Talış Strateji Araşdırmalar Mərkəzi”, qondarma “TMR” (Talış Muğan Respublikası) proyekti olaraq, “TMR və DQR”, “TMR və Ermənistan” arasında müqavilələrin imzalanması proyekti (Əlikram Hümbətov İrəvana və Xankəndinə məhz buna görə gəlmişdi), “Talysh News Agency”, “Talış Ağsaqqlar Şurası”, “Azəri-Talış Milli-Mənəvi Dəyərlər İctimai Birliyi”, “Rusiya Talış İcmaları Birliyi”, “Rusiya İrandilli Xalqlar Konqresi”, “Rusiya Talış Milli Mədəni Muxtariyyəti Federal Konqresi”, “Rusiya Şiələri Federasiyası” tipli şəbəkələri yaratmaqla İran Azərbaycan dövlətinə qarşı yeni müxalif gücün formalaşması hədəflərini irəli sürmüşdür.

Strateji hədəfdə “hizbullah” və “bəsici” taktikası

Azərbaycanda əhalinin kasıb və savadsız təbəqəsinin yanında yer alan Tehran rejimi mollakratiyanın strateji hədəflərinə uyğun tərzdə artıq bir sıra sosial stukturları açıq şəkildə hərəkətə gətirmişdir. Onların fəaliyyət dairəsi eynilə Livan, Suriya, İraq, Türkiyə, Fələstində olduğu kimi “hizbullahçı” və “bəsici” təfəkkür tərzini xatırladır. Mümkün qədər bu kəsimi zombiləşdirmə taktikası ilə hərəkət edən Tehran rejimi 11-ci yüzildə sınaqdan keçirdiyi “Ələmut” düşüncə tərzindən məharətlə yararlanır. Bu, türkün əli ilə türkü məhv etmə taktikasıdır. Azərbaycandakı mövcud problemləri qabartmaqla bunun arxasında hərəkətə keçən İran, öz hədəflərinə nail olmaq üçün, “Yeni Müxalifət” strategiyasını heç də gizlətmir. Bu, demokratik və milli hədəflərdən uzaq olan yeni zümrənin formalaşması deməkdir. Mövhumat mətbəxinin məhsulu olan əfsanələr, cənnət, firəvan həyat xəyalları bu zümrənin psixoloji və mənəvi qidasına çevrilmişdir. İranın mollakratiya ierarxiyası hər zaman bu taktikadan istifadə etmişdir. İran tarixşünaslığında sınaqdan çıxarılan məşhur “tütün hərəkatı” sonralar bu taktikanın “panfarsizm” və “paniranizm” ideologiyasının güc tapması üçün istinad nöqtəsi olmuşdur. Əhalinin ən kasıb təbəqələrini terrorizmə qarşı yönləndirməklə, bölgədə idarəolunmaz durumun yaradılması mollakratiyanın təliminin oxlokratiyasının daha üstün mövqelərə sahib olması, bunun sayəsində öz təsir və nüfuz dairəsinin güclənməsi deməkdir. Nə qədər ki, Azərbaycanda demokratiya, vətəndaşların imkanları çərçivəsində normal şəkildə yaşamaq imkanları tipli problemlər həll edilməmiş durumda qalacaqdırsa, bütün bunlardan yararlanmaq istəyən antitürk güclər daim hərəkətdə olacaqlar. Kollabortasiya və mərkəzdənqaçma siyasəti nəinki mövcud hakimiyyəti, həm də milli siyasəti tamamilə təhdid edəcəkdir. Çünki, mövcud resursların rəqabətində hər zaman qalib gələn tərəfin ideoloji müstəvi ilə yanaşı, bunun sosial ədalətin yanında kimin hansı dəyərlərə önəm verməsinə bağlıdır. Azərbaycanı təhdid edən bu avantüraların qarşısının alınmasının tək çözüm yolu hakimiyyətin və demokratik təsisatların mümkün qədər milliləşməsi, milli dəyərləri sosial ədalətlə uzlaşdırmaq taktikasına bağlıdır. Öz xalqına “milçək” gözündə deyil, qürur duyduğu və mənsub olduğu xalqın milli strateji hədəflərinin yanında yer almaqdır. Bunlara diqqət edilməyincə, bölgədə daha ağır sınaqları yaşamaq zorunda qalacağıq. Bu, həm də Azərbaycanımızın bu günü və sabahı deməkdir. Ölkəni yeni siyasi təlatümlər məcrasına yönəltmək sabitliyin polzulması kimi deyil, mövcud sorun və problemlərin hələ də çözülməməsi qavramında təhdidlərə çevirəcəkdir. Azərbaycan Türkü iqtidarlı, müxalifətli buna önəm verməyincə, İran bölgədə öz nüfuzunu artırmağa çalışacaq. Mollakratiya rejimi “paniranizm” və “panfarsizm” taktikasını məhz buna görə irəli sürür.

“SƏHƏND” Güney Azərbaycan Araşdırmalar Mərkəzi (Təbriz)

Geri qayıt