Əsas Səhifə > Dünya > SURİYADA QƏTLİAM DAVAM EDİR

SURİYADA QƏTLİAM DAVAM EDİR


21-10-2013, 11:06
SURİYADA QƏTLİAM DAVAM EDİR
Suriyanın Huma şəhərinin (mərkəz) şərq nahiyəsində içində 1.5 ton partlayıcı olan yük maşınını partladaraq, 37 nəfərin həyatına son qoyub.

SalamNews-un Suriya dövləti xəbər agentliyinə (SANA) istinadla verdiyi məlumata görə, intiharçının törətdiyi teror aktı nəticəsində daha onlarla insan yaralanıb, 10 nəqliyyat vasitəsi yanıb.

Əlcəzirənin məlumatına görə, müxalifətin Azad Suriya Ordusu dünən bir neçə nəzarət keçid məntəqəsini ələ keçirib.

Dəməşqətrafı əyalətdə isə hökümət qüvvələri paytaxtın şimal nahiyəsində yerləşən əl-Qələmun dağlarına tərəf hücuma keçmək üçün hazırlıq görür.

Bu arada Suriya münaqişəsinin "Cenevrə-2" sülh danışıqlarının noyabrın 23-də keçirilməsi getdikcə təsdiqini tapır. Belə ki, bu fikir BMT-nin münaqişə üzrə nümayəndəsi Əxdər İbrahimi və Ərəb Dövlətləri Liqası sədri Nəbil əl-Ərəbinin Qahirədə keçirdikləri mətbuat konfransında səsləndirilirb.

Geri qayıt