Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ZİYA MƏMMƏDOVUN OĞLUNUN ŞİRKƏTİNƏ İTTİHAM
ZİYA MƏMMƏDOVUN OĞLUNUN ŞİRKƏTİNƏ İTTİHAM21-10-2013, 11:55 |
"QARANT SIĞORTA" MÜŞTƏRİNİ ALDADIR Şahvərdiyev Azər Qəhrəman oğlu “Qarant Sığorta”dan şikayətçidir. Azər Şahvərdiyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Qarant Sığorta” qəzaya düşmüş maşının suğorta pulunu ödəmir. Belə ki, sentyabrın 20-də Azər Şahverdiyevə məxsus 10 PJ 520 markalı avtomobil qəzaya düşüb. Sürücü bildirib ki, qəzadan sonra lazım olan bütün sənədləri polisdən alaraq “Qarant Suğorta”ya təqdim edib. Şirkət isə müştəriyə ödəməli olduğu pulu gecikdirir. Şahverdiyevin sözlərinə görə, “Qarant Siğorta” ona 6500 manat ödəməlidir”. Geri qayıt |